Xarici sularda üzən Azərbaycan gəmilərinin sayı artıb
Tarix: 17.11.2017 | Saat: 20:07:00 | E-mail | Çapa göndər


“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) xarici sularda üzən gəmilərinin fəaliyyət coğrafiyası genişlənir.QSC-dən verilən məlumata görə, “Qafur Məmmədov” quru yük gəmisinin xarici sularda istismarına başlanılıb. Bununla da Gəmiçiliyin Xəzərdən kənarda üzən gəmilərinin sayı 12-ə çatdırılıb. Onlardan 11-i quru yük gəmisi, biri isə tankerdir.
“Qafur Məmmədov” gəmisi bu gün səhər saatlarında yükləmə əməliyyatı üçün Rusiya Federasiyasının Taqanroq limanına yan alıb. Buradan isə yüklə Türkiyənin İzmir limanına səfərə çıxacaq. Azov, Qara və Aralıq dənizləri hövzələrində üzəcək quru yük gəmisinin istismarına nəzarəti, eyni zamanda texniki xidməti “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Türkiyədəki “Caspdry” şirkəti həyata keçirəcək.
Dedveyti 5500 ton, uzunluğu 108,3, eni 16,5, saya oturumu 4,79 metr olan “Qafur Məmmədov” gəmisi Gəmiçiliyin xaricdə quru yük daşımaları bazarındakı mövqeyini daha da möhkəmləndirəcək.
“Qafur Məmmədov” gəmisinin xarici sularda istismarı isə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin xarici sularda üzən gəmilərin sayınının, onların üzmə coğrafiyasının artırılmasında marağından xəbər verir.
Xatırladaq ki, Gəmiçiliyin xarici sulardakı fəaliyyəti uzun fasilədən sonra 2014-cü ildə Prezident İlham Əliyevin tapşırığına əsasən “Üzeyir Hacıbəyli” və “Natəvan” gəmilərinin alınması ilə bərpa edilib. Bu isə sözsüz ki, ölkəmizə xarici valyutanın gətirilməsində, eyni zamanda gəmiçiliyin inkişafında mühüm əhəmiyyət kəsb edir.




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
On ayda neft sektoruna 5 milyard manatadək vəsait yönəldilib
17.11.2018
Azərbaycanda 32,2 milyon ton neft və 15,5 milyard kubmetr əmtəəlik qaz çıxarılıb
17.11.2018
Azərbaycan nefti bahalaşıb
16.11.2018
Qış fəslində əhalinin qazla təminatında problem olmayacaq
16.11.2018
“Sumqayıt Kimya Sənaye Parkında 18 müəssisə fəaliyyət göstərəcək”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10495

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info