ADPU-da müsabiqə qaliblərinə mükafatlar təqdim edilib
Tarix: 17.11.2017 | Saat: 20:08:00 | E-mail | Çapa göndər


Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Musiqi, təsviri incəsənət, fiziki tərbiyə və çağırışaqədər hazırlıq fakültəsinin təşəbbüsü və təşkilatçılığı, “Optimal” şirkətinin maliyyə dəstəyi ilə görkəmli bəstəkar, Xalq artisti, Dövlət Mükafatı laureatı, ictimai xadim Tofiq Quliyevin 100 illik yubileyinə həsr olunmuş Tələbələrin I İfaçılıq və Yaradıcılıq Müsabiqəsinin qaliblərinə mükafatların və diplomların təqdim edilməsi ilə bağlı tədbir keçirilib. Tədbirdə ADPU-nun rəhbərliyi, fakültənin müəllim və tələbələri, “Optimal” şirkətinin nümayəndələri iştirak ediblər. Tədbirdən öncə ADPU-nun rektoru, professor Cəfər Cəfərov tələbələrin sərgiyə təqdim etdikləri rəsm əsərləri ilə tanış olub, onların öz əsərləri ilə bağlı fikir və təəssüratlarını dinləyib.
Tədbiri giriş sözü ilə açan fakültənin dekanı, dosent Laçın Həsənova bildirib ki, Prezident İlham Əliyev bu il fevralın 7-də böyük bəstəkar Tofiq Quliyevin 100 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb. Bu müsabiqə də həmin Sərəncama uyğun olaraq keçirilir. Dosent L.Həsənova müsabiqənin keçirilməsinə verdiyi dəstəyə görə ADPU-nun və “Optimal” şirkətinin rəhbərliyinə təşəkkür edib.
Musiqi və onun tədrisi metodikası kafedrasının müdiri, professor Zemfira Abdullayeva çıxış edərək müsabiqə barədə məlumat verib. Qeyd edib ki, iki mərhələdən ibarət olan müsabiqə 3 nominasiya üzrə: instrumental ifaçılığı (fortepiano, tar), vokal ifaçılığı və rəsm nominasiyaları üzrə keçirilib. Müsabiqənin keçirilməsi üçün Tərbiyə işləri üzrə prorektor, professor Fikrət Rzayevin sədrliyi ilə Münsiflər Heyəti yaradılıb. Münsiflər Heyətinin üzvləri isə fakültənin dekanı, dosent Laçın Həsənova, Musiqi və onun tədrisi metodikası kafedrasının müdiri, professor Zemfira Abdullayeva, həmin kafedranın dosenti, Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, Əməkdar incəsənət xadimi Nailə Mirməmmədli, Təsviri incəsənət və onun tədrisi metodikası kafedrasının müdiri, dosent Çingiz Rüstəmov, Bakı Musiqi Akademiyasının baş müəllimi Gülbəniz Abdullayeva, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin İnstrumental ifaçılığı kafedrasının dosenti Camalə Nəsirovadır. Müsabiqənin oktyabrın 28-də keçirilən I turunda instrumental ifaçılığı nominasiyası üzrə 8 ifaçı, vokal ifaçılığı nominasiyası üzrə 6 ifaçı iştirak edib. I turun nəticələrinə görə instrumental ifaçılığı nominasiyası üzrə 5 ifaçı (4-ü fortepiano, 1-i tar) və vokal ifaçılığı nominasiyası üzrə 4 ifaçı müsabiqənin II turuna keçiblər. Noyabrın 4-də müsabiqənin II (yekun) turu keçirilib. Münsiflər Heyətinin qərarı ilə instrumental ifaçılığı nominiasiyası üzrə I dərəcəli laureat adına II tədris ili tələbəsi Çinarə Quliyeva (fortepiano, müəllim dosent A.Hüseynova), II dərəcəli laureat adına III tədris ili tələbəsi Məhərrəməli Əlişanov (tar, baş müəllim C.Osmanov), III dərəcəli laureat adına II tədris ili tələbəsi Nərgiz Əliyeva (fortepiano, müəllim dosent A.Hüseynova) layiq görülüblər.
Vokal ifaçılığı nominasiyası üzrə I yerə iki müsabiqənin iştirakçıları olmuş ADPU-nun 2017-ci il məzunu Məxfirət Hüseynova və Magistratura və doktorantura şöbəsinin I tədris ili magistri Aygün Abbaszadə layiq görülüblər. III yerə Magistratura və doktorantura şöbəsinin I tədris ili magistri Əsmər Ələkbərova layiq görülüb.
Rəsm nominasiyası üzrə I yerə IV tədris ili tələbəsi Gülnisə Əsgərzadə, II yerə ADPU-nun 2017-ci il məzunu Nuranə Abdullayeva, III yerə isə IV tədris ili tələbəsi Şəhanə Mansurova layiq görülüblər.
Qeyd edək ki, müsabiqədə I yeri tutanlara 200 manat, II yeri tutanlara 150 manat, III yeri tutanlara 100 manat mükafat verilib. Digər iştirakçılar-Könül Məmmədova, Vüsalə Şükürlü, Gülsənəm Şahbazova, Ləman Ağazadə, Sənəm Rəhmanova, Hikmət Mustafazadə, Zəhra Qasımova, Arəstə Məmmədli, Nigar Həsənova, Aytəkin Mustafayeva, Radik Şıxkərimov, Yaqut Barxudarzadə, Dilbər Hüseynova, Nigar Əsədova, Jalə Quluzadə və Ülviyyə Babaşova diplomlarla təltif ediliblər.
Tədbirdə Əməkdar incəsənət xadimi Nailə Mirməmmədli çıxış edərək məşhur bəstəkar Tofiq Quliyevlə balı xatirələrini bölüşüb və tələbələrə uğurlar arzulayıb.
Tədbirdə çıxış edən rektor Cəfər Cəfərov belə müsabiqələrin tələbə-gənclərin yaradıcılıq istedadlarının inkişaf etməsinə, təxəyyüllərinin zənginləşməsinə, peşəkar mütəxəssis kimi yetişmələrinə səmərəli təsir etdiyini vurğulayıb və onlara yeni-yeni uğurlar arzulayıb.

Nigar




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
Naxçıvanda vakant həkim yerləri üzrə əmək yarmarkası təşkil olunub
26.09.2018
Oktyabrda Azərbaycanda ilk dəfə beynəlxalq “İnnovasiyalar həftəsi“ keçiriləcək
26.09.2018
Qeyri-sabit hava şəraiti sentyabrın 28-dək davam edəcək
26.09.2018
Aİİ Heydər Əliyev İrsini Araşdırma Mərkəzi ilə silsilə tədbirlərini davam etdirir
26.09.2018
BMT Əhali Fondunun nümayəndə heyəti ilə görüş keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10147

1 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
2 Yalnızlıq qorxusu
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info