“Azəravtoyol” ASC-də YAP-ın 25 illiyi qeyd olunub
Tarix: 17.11.2017 | Saat: 20:10:00 | E-mail | Çapa göndər


“Azəravtoyol” ASC-də Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illiyinə həsr edilmiş Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı üzrə ərazi ilk partiya təşkilatının tədbiri keçirilib.
ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbir iştirakçıları ilk öncə ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq, onun xatirəsini ehtiramla yad ediblər.
Tədbirdə çıxış edən “Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov qeyd edib ki, 1993-cü ilin yayında vətəndaş müharibəsi astanasında cəmiyyətimizin bütün ümidləri ulu öndər Heydər Əliyevə idi. O vaxt xalqın tələbi ilə hakimiyyətə gələn Ümummilli Lider qısa müddət ərzində vəziyyəti sabitləşdirdi, bu da imkan verdi ki, ölkəmiz inkişaf yoluna qədəm qoysun və o ildən bu günədək Azərbaycan yalnız və yalnız inkişaf yolu ilə gedir.
Saleh Məmmədov Yeni Azərbaycan Partiyasının qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin inkişaf strategiyasını uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrlə yanaşı, yol infrastrukturunun sistemli və hərtərəfli inkişafına xüsusi diqqət göstərdiyini qeyd edərək, ölkənin regionlarında, eləcə də paytaxt Bakıda bu sahədə vəziyyətin kökündən dəyişdiyini, dövlətimizin başçısının Sərəncamları ilə ayrılan vəsaitlərin yol infrastrukturunun dinamik inkişafına yol açdığı və bu istiqamətdə həyata keçirilən məqsədyönlü və sistemli tədbirlərin nəticəsi olaraq, avtomobil yollarının tikintisini, yenidən qurulmasını, həcminin ildən-ilə artdığını bildirib.
YAP Nəsimi rayon təşkilatı “Azəravtoyol” ASC üzrə ərazi ilk partiya təşkilatının sədri Əvəz Qocayev Yeni Azərbaycan Partiyasının Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yarandığını bildirib.
Ə. Qocayev tədbir iştirakçılarına son illər ərzində “Azəravtoyol” ASC üzrə ərazi ilk partiya təşkilatı tərəfindən həyata keçirilən işlər barədə də geniş məlumat verib.
Nəzərə çatdırılıb ki, həyata keçirilən tədbirlər nəticəsində ASC-nin gənclərdən ibarət üzvlərinin sayı durmadan artıb. Hazırda “Azəravtoyol” ASC-nin 2825 partiya üzvündən 480 nəfəri YAP Nəsimi rayon təşkilatının qeydiyyatındadır və təşkilatın idarə-müəssisələrində 25 dayaq məntəqəsi yaradılıb.
Tədbirdə digər natiqlərin çıxışları da dinlənildikdən sonra partiya işinin təşkilində səmərəli xidmətlərinə görə, cəmiyyətin bir qrup əməkdaşı təltif edilib. Bundan başqa, partiya sıralarına yeni qəbul olunmuş üzvlərə vəsiqələr təqdim olunub.
Milli Məclisin üzvü, YAP Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızı “Azəravtoyol” ASC üzrə ərazi ilk partiya təşkilatının hesabat dövründəki fəaliyyətini yüksək qiymətləndirərək təşkilat üzvlərinə fəaliyyətlərində uğurlar arzulayıb.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək
19.09.2018
Lənkəranda keçirilən humanitar aksiyada 130 nəfər könüllü qan verib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info