“Bakcell” biznes qurmaq istəyən gənclərə maliyyə ayırıb
Tarix: 17.11.2017 | Saat: 23:34:00 | E-mail | Çapa göndər


Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi olan “Bakcell” şirkəti “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası İctimai Birliyinin himayəsində böyümüş və digər internat müəssisələrindən məzun olmuş gənclərin biznes ideyalarını reallaşdırmaq üçün maliyyə vəsaiti ayırıb. Bu dəstək sayəsində 3 nəfər gənc öz kiçik biznesi qurmaq imkanı əldə edib.
Həmin gənclər “Bakcell”in dəstəyilə “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası tərəfindən icra edilən “Gənclərin Karyera və İnkişaf Mərkəzi” layihəsinin benefisiarlarıdır.
Həyata keçirilən bu layihənin nəticələri ilə bağlı təşkil olunan tədbirdə çıxış edən “Bakcell” şirkətinin baş icraçı direktoru Nikolai Beckers deyib ki, sözügedən layihənin böyük əhəmiyyəti var və belə xoşməramlı addımlar atmaq vacibdir: “Bakcell” olaraq bu layihəni böyük fəxr və məmnuniyyətlə dəstəkləyirik. “Bakcell” şirkəti uzun illərdir ki, öz Korporativ Sosial Məsuliyyət proqramı vasitəsilə xüsusi qayğıya ehtiyacı olan uşaqlara dəstək göstərir. Onların təhsili, bacarıqlarının artırılması, gələcəkdə iş qura bilmə qabiliyyətlərinin olması çox vacibdir. “Bakcell” və “SOS Uşaq Kəndləri” arasında əməkdaşlıq uzun illər öncə başlayıb. Sevindirici haldır ki, bu əməkdaşlıq davamlı xarakter daşıyıb və artıq gənclərə öz bizneslərini qurmağa dəstək göstərmək mərhələsinə çatıb. Gənc insanları dəstələmək xüsusilə vacibdir. Belə gəncləri dəstələmək isə olduqca vacibdir. Öz ideyalarını həyata keçirməyə çalışmaq o qədər də asan deyil. Ona görə də bunu etməyə çalışan gənclərə dəstək verməyin tərəfdarıyam. İstər biznes, istərsə də həyatda hansısa başqa bir işlə məşğul olursunuzsa, daim cəhd etməlisiniz və öz cəhdlərinizdə israrlı olmalısınız. İsrar varsa, siz istənilən fəaliyyətdə uğur qazana bilərsiniz. Bir daha qalibləri təbrik edirəm və hər kəsə üzümü tutub deyirəm ki, həyatda hər hansı bir işdə uğursuzluğa düçar olursunuzsa, heç vaxt inamınızı itirməyin, sonda istəyinizə nail olacaqsınız”.
Tədbirdə qeyd edilib ki, layihənin ötən il həyata keçirilən birinci mərhələsində 15 gənc “Öz biznesinə başla və təkmilləşdir” adlı təlimlərdə iştirak edib. Onlardan 6 nəfəri öz ideyalarının biznes planını hazırlayıb. Layihələr “Bakcell”in, “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyasının və Beynəlxalq Əmək Təşkilatının (BƏT) ekspertlərindən ibarət qiymətləndirmə komissiyası tərəfindən qiymətləndirilib. Beləliklə, ən yüksək nəticələr nümayiş etdirən 3 uğurlu biznes layihəsinin “Bakcell” şirkəti tərəfindən maliyyələşdirilməsi qərara alınıb. Bunlar “Floristika” gül dükanı, “Şirniyyat evi” və “Çay evi” layihələridir.
O da qeyd edilib ki, gənclərin biznes planlarının hazırlanmasına mütəxəssislər tərəfindən dəstək göstərilib. Qiymətləndirmə zamanı biznes-planın hazırlanması, ideyanın real bazar şərtlərində özünü doğrultma imkanları, müraciət edən şəxsin təcrübəsi və sosial vəziyyəti və s. kimi meyarlar əsas götürülüb.
Beləliklə, 3 qalib biznes layihələrinin müəllifləri haqqında - “Çay evi” layihəsin müəllifi bir müddət çay evində çayçı və ofisiant kimi çalışıb. “Floristika” gül dükanı layihəsinin müəllifi gül mağazasında köməkçi işləyib. 7 ildir, işçi kimi gül biznesi ilə məşğuldur. Hazırda öz gül mağazasını açmağa iddialıdır. Biznesin planı mükəmməl hazırlayıb. “Şirniyyat evi” layihəsinin müəllifi də bir neçə ildir ki, şirniyyatçı yanında köməkçi işləyir. Əksər qənnadı məhsullarını sərbəst hazırlamağı bacarır.
Qeyd edək ki, “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası “Bakcell” şirkətinin maliyyə dəstəyi ilə Bakı şəhərində “Gənclərin Karyera və İnkişaf Mərkəzi” adlı layihəni 2016-cı ilin yanvar ayından etibarən həyata keçirir. Bu layihə çərçivəsində onlarla gənc bütün lazımi avadanlıqlarla təchiz edilmiş mərkəzdə müsahibə qabiliyyətləri, CV yazmaq, karyera istiqamətləndirilməsi, mühasibatlıq, “Əmək bazarının və peşəkar orientasiyanın aktiv üzvü olmaq üçün əsas bacarıqlar” və digər təlimlərdən faydalanıblar. Təlim zamanı gənclər karyera planlaşdırılması, vakant iş yerlərinin tapılması və işəgötürənlərlə əlaqələrin qurulması, İKT bacarıqları və məşğulluq imkanları əldə etmək üçün tələb olunan ilkin İT bilikləri və bacarıqlar əldə ediblər. “Öz biznesinə başla və təkmilləşdir” təlimləri BƏT-in beynəlxalq master təlimçisi və eksperti tərəfindən həyata keçirilir.
Ümumilikdə isə “Bakcell” şirkəti 2009-cu ildən etibarən “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası İB ilə əməkdaşlıq çərçivəsində valideyn himayəsindən məhrum olmuş və aztəminatlı ailələrdən olan uşaq və gənclərə öz dəstəyini göstərir.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Səyyar ASAN xidmət davam edir
24.09.2018
Leyla Əliyeva “Beynəlxalq Sülh Günü”nə həsr olunmuş tədbirə qatılıb
23.09.2018
Səkkiz ayda hər bir sakin 554,5 manatlıq ödənişli xidmətlərdən istifadə edib
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info