“Ermənistanda elm deyilən bir şey yoxdur”
Tarix: 17.11.2017 | Saat: 23:54:00 | E-mail | Çapa göndər


Vaan Badasyan:
“Tələbələr niyə ölkənin ağır sosial-iqtisadi vəziyyəti və bundan doğan kütləvi miqrasiya ilə bağlı tələblər səsləndirmirlər?”


Ermənistanda ölkə parlamenti tərəfindən qəbul edilən “Hərbi xidmət və hərbi xidmətin statusu haqqında” qanun layihəsinə qarşı tələbə etirazı yerli deputatlarla görüşdən sonra dayandırılıb. Təbii ki, bunu müvəqqəti hal kimi dəyərləndirənlər də var. Ermənistanda tələbələrin döyüş bölgəsinə göndərilməsilə hakimiyyətin özünə qarşı böyük bir dalğa yaranacağını etiraf edənlər də var.
Maraqlıdır ki, bu qanun layihəsinə qarşı çıxanlarla yanaşı, onun bəzi aspektlərini təqdir edənlər də var. “1in.am” saytına danışan erməni fəalı Vaan Badasyan öz fikirlərin bu cür əsaslandırıb: «Bu gün Ermənistandakı tələbələr tərəfindən irəli sürülən xüsusi problemə qarşı cəsarətli bir mübarizə yaşanır. Maraqlıdır ki, tələbələr bu mübarizəni siyasi deyil, fərdi olduğunu söyləyirlər. Əgər onlar bu məsələni siyasiləşdirsələr, mən bunu alqışlayaram. Nə üçün bu problem məhz indi ortaya çıxır-bir neçə çağırışçının hərbidən möhlət götürməsi hesabına hərbçi sayında yaranan çətinliyə görəmi? Burada əsas problem ölkənin ağır sosial-iqtisadi vəziyyəti və bundan doğan kütləvi miqrasiyadır.

“Gülünc təlim proqramları olan ölkədə elmdən danışmaq gülməlidir”


Fikrimcə, tələbələr ilk olaraq bu məsələni qabartmalıdırlar . Belə olan halda, niyə irəli sürmürlər? Burada mən iki başlıca səbəb görürəm: ya onların düşüncəsi o həddə çatmayıb, ya da özləri istəmirlər. İlk olaraq qeyd edim ki, onların tələbləri son dərəcə şəxsi xarakter daşıyır. Mən və mənim kimi düşünənlər bu mübarizəyə qoşula bilməzlər. Lakin etiraf edirəm ki, mən onların nə üçün mübarizəyə qatıldıqlarını başa düşə bilmirəm. Bəlkə, elmin inkişafı üçün. Təbii ki, yox! Əgər onlar elmin inkişafı üçün mübarizə aparırlarsa, burada elmin inkişafı və qorunması baxımından çox danışa biləcək suallar var. Ermənistanda elm deyilən bir şey yoxdur. Gülünc təlim proqramları olan ölkədə elmdən danışmaq gülməlidir. Ortaya belə suallar çıxır - niyə ölkənin belə ağır vəziyyətə düşməsi, kütləvi miqrasiyanın qarşısını almaq üçün tələblər irəli sürmürlər? Reallıq bundan ibarətdir ki, tələbə gənclərin heç biri bu məsələ ilə maraqlanmır”. Xatırladaq ki, İrəvanda neçə müddətdən bəri davam edən tələbə etirazı qarşılıqlı razılaşma əsasında dəyirmi masada müzakirəyə çıxarılıb. Lakin belə görünür ki, bu da tələbə etirazının sonu deyil. “Jamanak” nəşrinə açıqlama verən "Elmin inkişafı naminə" təşəbbüs qrupunun üzvü David Petrosyan deyib: “Ölkə siyasətçiləri və ictimaiyyətin iştirakı ilə planlaşdırılan dəyirmi masa hərbi xidmətdən möhlətin ləğv edilməsinə qarşı mübarizənin bir hissəsidir”. Onun sözlərinə görə, keçiriləcək tədbir apardıqları mübarizənin ruhuna heç bir təsir göstərməyəcək və əgər bu kompromis təsirli vasitə olmasa, tələbələr yenidən küçələrə çıxacaqlar.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
“Belarusa səfər Prezident İlham Əliyevin xarici siyasət istiqamətində növbəti uğurudur”
21.11.2018
Ukrayna NATO və Avropa İttifaqına üzvlüyə hər an yaxınlaşır
20.11.2018
Yeni Azərbaycan Partiyası: iqtisadi və siyasi müstəqilliyi möhkəmləndirən ideyalar məktəbi
19.11.2018
“Qaçaqmalçılığa qarşı mübarizə sahəsində yüksək göstəricilər əldə olunub”
19.11.2018
Səfir: Azərbaycanla Pakistan arasında olan strateji tərəfdaşlıq münasibətləri bütün sahələrdə əməkdaşlığa öz töhfəsini verir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10508

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info