Zimbabvenin sabiq vitse-prezidenti keçid hökuməti formalaşdıracaq
Tarix: 18.11.2017 | Saat: 00:03:00 | E-mail | Çapa göndər


İstefaya göndərilmiş Zimbabvenin sabiq vitse-prezidenti Emmerson Mnanqaqva beş il hakimiyyətdə olacaq keçid hökuməti formalaşdıracaq. “RİA Novosti”nin verdiyi xəbərə görə, bu barədə yerli “Financial Gazette” nəşri məlumat yayıb. Məlumata görə, hökumətin yeni tərkibi müxalifət nümayəndələrindən formalaşdırılacaq. Hərbçilərin planına əsasən, Zimbabvedə ümummilli seçkilər 5 ildən sonra keçiriləcək. Qeyd edək ki, Zimbabvenin 93 yaşlı prezidenti Robert Muqabe hərbçilərlə danışıqlar zamanı istefa verməkdən imtina edib. “Harare24” nəşrinin məlumatına görə, bir qədər sonra R. Muqabe ailəsinin təhlükəsizliyinin təmin ediləcəyi təqdirdə ZANU PF hakim partiyasının dekabrda keçiriləcək konqresindən sonra istefa verəcəyini vəd edib. Sabiq baş nazir, müxalifət lideri Morqan Tsvanqirai bundan əvvəl R.Muqabenin ölkənin maraqları naminə istefaya getməsinin zəruri olduğunu bəyan edib. Daha əvvəl mətbuatda prezident R.Muqabenin girov saxlandığı barədə məlumat yayılıb. Həmçinin hərbi hissələrdən zirehli texnikaların paytaxt Harare şəhərinə doğru irəlilədiyi bildirilib. Bəzi məlumatlara görə, onlar dövlət teleradio şirkətinin binasını ələ keçiriblər, şəhərdə partlayışların baş verdiyi bildirilib.




 
Bölməyə aid digər xəbərlər
22.01.2019
Praqada “gecə meri” vəzifəsi yaradılıb
22.01.2019
“United Airlines” aviaşirkətinin sərnişinləri 16 saat təyyarədə qalıblar
22.01.2019
Gürcüstanda “donuz qripi” daha bir nəfərin həyatına son qoyub
21.01.2019
“WhatsApp” mesaj göndərişlərini məhdudlaşdırıb
21.01.2019
Ukrayna və İsrail azad iqtisadi zona yaradır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Dərslər təxirə salındı
3 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
4 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”
5 Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanalar ləğv edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info