İraq ordusu “İŞİD”-in nəzarətindəki son bölgə olan Ravanı geri alıb
Tarix: 18.11.2017 | Saat: 00:09:00 | E-mail | Çapa göndər


Dünən səhər “İŞİD” terror qruplaşmasının İraqda nəzarətdə saxladığı son bölgə olan Ravaya üç istiqamətdən həlledici hücuma keçən hökumət qüvvələri şəhəri terrorçulardan tam azad edib. “Euronews” telekanalı xəbər verir ki, hökumət qoşunlarının və yerli tayfalardan olan döyüşçülərin apardığı əməliyyat artilleriya atəşləri ilə müşayiət olunub. Koalisiya təyyarələri şəhəri bombalayıb. Rava şəhəri Suriya sərhədindən təxminən 100 kilometr məsafədə yerləşən kiçik yaşayış məntəqəsidir. Şəhər üzərinə hücumlar bir neçə gün əvvəl başlamışdı. O vaxt hərbçilər bildirirdilər ki, terrorçuların çoxu Suriyaya qaçdığı üçün Ravanı azad etmək çətin olmayacaq və çox vaxt aparmayacaq. ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiyanın hesablamasına görə, terrorçular Suriya və İraqda ələ keçirdikləri ərazilərin 95 faizini itiriblər. “İŞİD” “xilafəti”nin mövcudluğuna ilin axırınadək son qoyulacaq. Ekspertlər isə hesab edirlər ki, Rava uğrunda döyüşlərdən sonra qruplaşma ilə mübarizə başqa format alacaq və hələ uzun müddət davam edəcək. Bu, səhralıq ərazilərdə savaşdan və dağlıq rayonlarda partizan müharibəsindən ibarət olacaq. Həmin ərazilərə gəlincə, onlar çox genişdir və relyef cəhətdən mürəkkəbdir.




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
İspaniyada intensiv yağıntılar nəticəsində ölən və itkin düşənlər var
20.11.2018
Qətərdə regionun ultramüasir klinikası açılıb
19.11.2018
Putin:“Türk axını” tamamlandıqdan sonra Rusiya-Türkiyə enerji əməkdaşlığı daha da güclənəcək”
18.11.2018
Bolqarıstanı kütləvi etiraz aksiyaları bürüyüb
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info