Aztəminatlı ailələr onlar üçün salınan fındıq bağlarından gəlir əldə edəcəklər
Tarix: 18.11.2017 | Saat: 00:22:00 | E-mail | Çapa göndər


IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi və “Cavan” Gənclər Hərəkatı İctimai Birliyinin birgə təşəbbüsü ilə Qaxda aztəminatlı ailələr üçün fındıq bağları salınıb. Bu münasibətlə Qax rayonunun Əmbərçay kəndi ərazisində keçirilən mərasimdə Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev Leyla Əliyevanın rəhbərlik etdiyi IDEA İctimai Birliyinin həyata keçirdiyi xoşməramlı layihələr barədə məlumat verib. Bildirilib ki, ekologiyanın qorunması və ətraf mühitin mühafizəsi bu gün Azərbaycan dövlətinin ekoloji siyasətinin əsas istiqamətlərini təşkil edir. Bu baxımdan, IDEA İctimai Birliyinin təşəbbüsü ilə Qaxda iki hektarlıq ərazidə salınan fındıq bağı qlobal iqlim dəyişmələrinə, ekoloji tarazlığın qorunmasına az da olsa öz töhfəsini verəcək. Eyni zamanda, bu layihə həm də iqtisadi əhəmiyyət daşıyır. Azərbaycan Prezidentinin tapşırığına əsasən, ixrac potensialı yüksək sahələrdən olan fındıqçılığın inkişaf etdirilməsi məqsədilə şimal-qərb bölgəsi rayonlarında irimiqyaslı tədbirlər həyata keçirilir. Yaxın illərdə Azərbaycanda fındıq bağlarının sahəsinin 2 dəfə artırılması nəzərdə tutulur. Bu istiqamətdə Qax rayonunda da məqsədyönlü iş aparılır. Son iki ildə rayon ərazisində 2 min hektara yaxın sahədə yeni fındıq bağları salınıb. Bildirilib ki, IDEA İctimai Birliyinin yeni təşəbbüsü ərazi bütövlüyümüz uğrunda sağlamlıqlarını itirən əlillərə, şəhid ailələrinə göstərilən diqqət və qayğının əyani təzahürüdür. Layihə, eyni zamanda, gənclər arasında ekoloji təbliğatın daha da genişlənməsinə xidmət edir. Fındıq bağının salınması üçün Qax rayonu Əmircan bələdiyyəsinin Əmbərçay kəndi ərazisindəki ehtiyat fondu torpağında iki hektar sahə ayrılıb. Aksiya zamanı 200 könüllü gəncin iştirakı ilə ərazidə 1248 fındıq tingi əkilib. Yeni salınan bağ dörd şəhid ailəsi və bir Qarabağ müharibəsi veteranı arasında bərabər bölünərək, təmənnasız olaraq onların istifadəsinə verilib. Ailələr fındıq bağına qulluq göstərərək məhsul götürməklə gəlir əldə etmək və maddi rifahlarını yaxşılaşdırmaq imkanı qazanıblar. Aztəminatlı ailələr üçün meyvə bağlarının salınması noyabr ayı ərzində Lənkəran, Sabirabad və Beyləqan rayonlarında, gələcəkdə isə ölkənin digər rayonlarında təşkil ediləcək. Xatırladaq ki, meyvə ağaclarının əkilməsi üzrə pilot layihəyə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri Leyla Əliyevanın təşəbbüsü ilə 2017-ci ilin aprel ayında başlanılıb.




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Zəfərlərə doğru
12.11.2018
“İrəli”nin intellektual yarışlarının Dağlıq Şirvan və Şəki- Zaqatala üzrə qalibləri müəyyənləşib
12.11.2018
Heydər Əliyev Fondu və Milli Onkologiya Mərkəzi birgə onkoloji skrininq və elmi-praktiki konfrans keçiriblər
12.11.2018
İran vətəndaşı daxili orqanlarında narkotik vasitələr keçirmək istədi
12.11.2018
Külli miqdarda xarici valyutanı gizlədərək keçirmək istədi

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10457

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info