Dövlət dilinə dövlətin qayğısı
Tarix: 18.11.2017 | Saat: 00:36:00 | E-mail | Çapa göndər


Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının Dövlət Dil Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında” Sərəncamı müstəqil ölkəmizdə dövlət dili siyasətinin uğurla həyata keçirilməsini təmin etməyə təminat verən mühüm əhəmiyyətə malik qərardır. Komissiyanın tərkibindəki yüksək nüfuza malik şəxsiyyətlər və mütəxəssislər dövlət dili ilə əlaqədar ən aktual məsələləri müzakirə edib, qərarlar çıxarmağa əsas verir. Prezident sərəncamı müstəqil Azərbaycanda dövlət dilinin nüfuzunun uca tutulmasına, ana dilinin saflığının qorunmasına və inkişaf etdirilməsinə ölkəmizin başçısının yüksək qayğısını və böyük diqqətini ifadə edir.
Dövlət sərəncamının işığında Milli Elmlər Akademiyasında Azərbaycan dilinin tədqiqi və təbliği istiqamətində həyata keçirilən tədbirlərin miqyası daha da genişləndiriləcəkdir. Artıq ciddi hazırlıq işləri aparılan Azərbaycan dilinin Orfoqrafiya lüğətinin yaradılması üçün dilçi alimlərin və mütəxəssislərin səyləri birləşdirilmişdir. Bu, müstəqillik dövründə Azərbaycan dilinin yeni Orfoqrafiya lüğəti olacaqdır. Ana dilinin bütün zənginliyini ifadə edən Orfoqrafiya lüğəti düzgün yazılış qaydaları ilə yanaşı, həm də dilin daxili imkanlar hesabına inkişaf etdirilməsini, alınma sözlərin doğma dilə uyğunlaşdırılmasının səviyyəsini də əks etdirir.
Milli Elmlər Akademiyasında Müasir Azərbaycan dilinin qrammatikası çoxcildliyinin hazırlanmasına da start verilmişdir. Hazırda Ortoepiya lüğətinin hazırlanması üçün işlər aparılır. Milli Terminologiya fondunun yaradılması da qarşımızda duran əsas vəzifələrdəndir.
Bu yaxınlarda Milli Elmlər Akademiyasının tarixində ilk dəfə olaraq keçirdiyimiz “Dilimiz – Milli varlığımız” müsabiqəsinin yekun turu başa çatacaqdır. Bu müsabiqə yeni nəslin doğma dilə sevgisini və ana dilini öyrənməyə böyük marağını nümayiş etdirdi. Müsabiqəni hər il, həm də ölkə miqyasında keçirməyi nəzərdə tuturuq.
Görkəmli dilçi alimlərimizin elmi irsinin ən əhəmiyyətli nümunələrini yenidən nəşr etdirib, yeni nəsillərə çatdırmaq istiqamətində də əhəmiyyətli addımlar atılacaqdır.
Ölkə Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasının Dövlət Dil Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında” Sərəncamı alimlərimizin, ziyalılarımızın qarşısında yeni üfüqlər açır.

İsa Həbibbəyli
AMEA-nın vitse-prezidenti,
Milli Məclisin komitə sədri, akademik




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
“Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər”
14.11.2018
Slovakiyalı qonaqlar Qobustan qoruğundan xoş təəssüratla ayrılıblar
14.11.2018
Monitorinq Mərkəzi ədəbi dildə norma pozuntularının aradan qaldırılması yollarını müəyyənləşdirəcək
14.11.2018
2018-ci ilin oktyabr ayı ərzində Dövlət Miqrasiya Xidmətinə 47 min 985 müraciət qeydə alınıb
14.11.2018
Xəzərdə qəfəs tipli balıq təsərrüfatlarının yaradılması üçün qanunvericilikdə dəyişikliklər edilməlidir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10467

1 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
2 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
3 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info