Latviya Müstəqillik Gününü qeyd edir
Tarix: 18.11.2017 | Saat: 16:56:00 | E-mail | Çapa göndər


Latviya noyabrın 18-də müstəqilliyinin elan edilməsinin 99-cu ildönümünü qeyd edir.
AZƏRTAC xəbər verir ki, 1918-ci il noyabrın 18-də - dövlət sərhədlərinin hələ müəyyən olunmadığı bir vaxtda Xalq Şurasının milli hərəkat liderlərinin iştirakı ilə Latviya Milli Teatrında keçirilən iclasında bu ölkənin dövlət müstəqilliyi elan edilib. O vaxtdan noyabrın 18-i Latviya Respublikasının yarandığı gün sayılır.
Latviya Müdafiə Nazirliyinin mətbuat şöbəsindən bildiriblər ki, noyabrın 18-də Latviya Respublikasının elan edilməsinin 99-cu ildönümü münasibətilə keçiriləcək hərbi parad müstəqilliyin bərpa olunmasından sonrakı bütün illər ərzində ən böyük parad olacaq.
Paradda Latviyanın hərbi qulluqçuları ilə bərabər, Danimarka, Almaniya, Estoniya, Böyük Britaniya, Litva, İsveç və ABŞ-dan olan NATO üzrə müttəfiq qüvvələrin nümayəndələri, habelə Kanadanın rəhbərlik etdiyi və İspaniya, İtaliya, Polşa, Sloveniya və Albaniya əsgərlərinin daxil olduğu çoxmillətli qrupun hərbi qulluqçuları iştirak edəcəklər.




 
Bölməyə aid digər xəbərlər
22.01.2019
Paşinyanın inqilabdan sonra Qərbdən maliyyənin sel kimi axacağı xəyalı puç oldu
22.01.2019
Ermənistanda bir ildə korrupsiya ilə bağlı 8 mindən çox fakt qeydə alınıb
21.01.2019
Ərdoğan Tramp və Putinlə razılaşmağa çalışır
21.01.2019
Ukraynada yaşayan azərbaycanlının prezidentliyə namizədliyi qeydə alınıb
21.01.2019
Ermənistana yatırılan sərmayə 11 dəfə azalıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Dərslər təxirə salındı
2 “Mənim güc mənbəyim Bakıdadır”
3 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
4 Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”
5 Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Nikola Sarkozi ilə görüşüb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info