Hararedə prezidentin istefasına dəstək marşı keçirilir
Tarix: 18.11.2017 | Saat: 19:40:00 | E-mail | Çapa göndər


Noyabrın 18-də Zimbabvenin 93 yaşlı prezidenti Robert Muqabenin gözlənilən istefasını bayram edən minlərlə insan ölkənin paytaxtı Harare şəhərinin küçələrinə çıxıb.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, mahnı və rəqslərlə müşayiət olunan nümayiş dinc şəraitdə davam edir.
Bu ərəfədə hakim partiyanın regional komitələri də Muqabenin prezident postunu tərk etməsini dəstəklədikləri barədə fikirlər səsləndirib.
Xatırladaq ki, noyabrın 15-də hərbçilər ölkənin paytaxtı Hararedə televiziya mərkəzini və prezidentin iqamətgahını nəzarətə götürüblər. Şəhərin mərkəzinə zirehli texnika yeridilib. Muqabe CAR-dan olan həmkarı Ceykob Zumo ilə telefon danışığında təsdiqləyib ki, hərbçilər onu ev dustaqlığında saxlayırlar.
KİV-lərdə yayılan məlumatlara görə, hazırda Hararedə sakitlikdir. Şəhərdə hərbi patrullar və zirehli maşınlar gözə dəyir, dövlət müəssisələrinin yaxınlığındakı küçələr bağlanıb




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Düşmənlər İranda vəziyyəti gərginləşdirə bilməyəcəklər
22.09.2018
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TEKNOFEST festivalına qatılıb
22.09.2018
İranda terror aktı: həlak olanların sayı 24 nəfərə çatıb
22.09.2018
Tereza Mey: “Brexit” barədə danışıqlar düyünə düşüb
22.09.2018
İranda terror aktı nəticəsində 11 nəfər həlak olub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10133

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info