Bakıda “Böyük tələbə layihəsi”nin 25 illiyi qeyd edilib
Tarix: 18.11.2017 | Saat: 15:35:00 | E-mail | Çapa göndər


Noyabrın 17-də “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi (TUMİB) Bakıda 17 noyabr – Milli Dirçəliş Günü və təşkilatın yaranmasının 17-ci ildönümünə həsr olunmuş tədbir keçirib.
“Böyük tələbə layihəsi”nin 25-ci ildönümünə həsr edilmiş tədbirdə Milli Məclisin deputatları, azərbaycanlı və türkiyəli iş adamları, müxtəlif illərdə Türkiyədə təhsil almış və məzun olmuş şəxslər, aprel döyüşlərinin iştirakçıları, hər iki ölkənin tanınmış mədəniyyət və incəsənət xadimləri, QHT-lərin təmsilçiləri iştirak ediblər.
Tədbirdə ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəman oğul və qızlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib.
Mərasimdə TUMİB-in uğurlu fəaliyyətindən və həyata keçirdiyi layihələrdən söhbət açılıb. Qeyd edilib ki, TUMİB Türkiyənin müxtəlif universitetlərində təhsil almış azərbaycanlı məzunlar tərəfindən 2000–ci ildə Bakıda təsis olunub. İctimai Birliyin fəaliyyətinin əsas məqsədi Türkiyənin ali təhsil müəssisələrindən məzun olmuş Azərbaycan vətəndaşları arasında əməkdaşlığı inkişaf etdirməkdir.
Milli Dirçəliş Günü münasibətilə tədbir iştirakçılarını təbrik edən TUMİB-in sədri Çingiz Bayramov rəhbərlik etdiyi təşkilatın fəaliyyəti barədə məlumat verib. Qeyd edib ki, xalqımızın istiqlal mübarizəsinin əsas mərhələlərindən biri olan Milli Dirçəliş Gününün Azərbaycanın müstəqillik tarixində özünəməxsus yeri var. Mənəvi əsaslarını və başlanğıcını XX əsrin 60-cı illərindən götürən bu proses sonralar ulu öndər Heydər Əliyevin siyasi uzaqgörənliyi və müdrikliyi ilə dönməz xarakter alıb, müasir müstəqil Azərbaycanın dinamik inkişaf yoluna qədəm qoymasında həlledici rol oynayıb.
TUMİB sədri deyib ki, Türkiyə universitetlərinin azərbaycanlı məzunları cəmiyyətin həyatında fəal iştirak edərək Azərbaycanın inkişafına töhfə verməyə çalışırlar. Ümummilli Liderimiz azərbaycanlı gənclərin dünyanın qabaqcıl ölkələrində, o cümlədən qardaş Türkiyədə ali təhsil almalarına xüsusi önəm verirdi. Hazırda Prezident İlham Əliyev bu siyasəti uğurla davam etdirir. Məhz Azərbaycan Prezidentinin bu diqqət və qayğısının nəticəsidir ki, gənclərimizin xarici ölkələrdə təhsil almaları ilə bağlı mühüm dövlət proqramları qəbul edilir və uğurla reallaşdırılır. TUMİB dövlətimizin başçısının bu nəcib addımını alqışlayır. Türkiyə universitetlərindən məzun olmuş minlərlə gənc bu gün Prezident İlham Əliyevin ətrafında sıx birləşərək dövlətimizin başçısının yürütdüyü siyasəti dəstəkləyir. Bu gün hər birimiz torpaqlarımızı işğaldan azad etmək üçün Ali Baş Komandan, Prezident İlham Əliyevin əmrini gözləyirik. İnanırıq ki, torpaqlarımız tezliklə işğaldan azad ediləcək və Azərbaycanın ərazi bütövlüyü təmin olunacaq. Aprel döyüşlərində Azərbaycan Ordusu bunu sübuta yetirdi.
Milli Məclisin deputatı Qənirə Paşayeva, Türkiyənin Azərbaycandakı səfirliyinin təhsil müşaviri Abdulqafar Böyükfırat, İzmirdəki Azərbaycan İş Adamları Dərnəyinin sədri Asif Qurbanov və başqaları çıxış edərək yubiley münasibətilə məzunlara təbriklərini çatdırıb, Türkiyə universitetləri məzunlarının ölkəmizin ictimai, elmi və iqtisadi həyatındakı əhəmiyyətli rolundan danışıblar. Qeyd olunub ki, qardaş ölkədə təhsil almış gənclərimiz yüksək fəallıqları ilə Türkiyə-Azərbaycan dostluğunun, qardaşlığının möhkəmləndirilməsində mühüm rol oynayırlar. 1992-1993-cü tədris ilindən başlayaraq həyata keçirilən “Böyük tələbə layihəsi” türkdilli xalqlar, o cümlədən Azərbaycan ilə Türkiyə arasında birliyin gücləndirilməsinə mühüm töhfə verib.
Çıxış edənlər türk dünyasının ulu öndərləri Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” və Heydər Əliyevin “Azərbaycan ilə Türkiyə bir millət, iki dövlətdir” kəlamlarını məmnunluqla xatırladaraq ölkələrimiz arasında qarşılıqlı etimada əsaslanan qədim dostluq və qardaşlıq münasibətlərinin ildən-ilə daha da inkişaf etdiyini bildiriblər.
Tədbir konsert proqramı ilə davam edib.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi ilə “ASELSAN” şirkəti arasında memorandum imzalanıb
25.09.2018
“Şahdağ” rusiyalı turistlər üçün ən yaxşı dağ-xizək kurortlarının ilk üçlüyünə daxil edilib
25.09.2018
“Bakcell“dən maraqlı aksiya və onlayn müsabiqə: DaimOnline
25.09.2018
AQTA-nın vətəndaşlara müraciəti
25.09.2018
Mübariz Qurbanlı Mingəçevirdə vətəndaşların müraciətlərini dinləyib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info