Bakı-Tbilisi-Qars dəmir yolu xətti Avropa ilə Asiyanı bir-birinə qovuşduran ən uğurlu layihədir
Tarix: 20.11.2017 | Saat: 00:50:00 | E-mail | Çapa göndər


“Bakı-Tbilisi-Qars dəmir yolu xətti Avropa ilə Asiyanı bir-birinə qovuşduran ən uğurlu layihədir“.
Bu fikri AZƏRTAC-a açıqlamasında Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi Maykl Kristides deyib.
O bildirib ki, nəqliyyat və yol infrastruktur layihələrinin həyata keçirilməsi Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının qarşısında duran əsas prioritetlərindəndir.
“Bu baxımdan Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin reallaşdırılmasını Qara dəniz hövzəsi ölkələri arasında iqtisadi əlaqələrin yeni müstəvidə qurulması üçün səmərəli fürsət kimi dəyərləndirirəm. Həqiqətən də Azərbaycan bu qlobal layihənin əsas təkanverici ölkəsi olaraq Avropa və Asiya qitələri arasında ən etibarlı nəqliyyat dəhlizinə çevrildi”,- deyə M.Kristides əlavə edib.
M.Kristides bildirib ki, Avropa və Asiya məhz QDİƏT-ə üzv olan dövlətlərin sərhədlərində birləşir, bu xüsusda Bakı-Tbilisi-Qars layihəsi qədim “İpək Yolu”nu bir-birinə sıx bağlayan tarixi nailiyyətdir. Əminəm ki, bu yoldan Qara dəniz ölkələri də yetərincə bəhrələnəcəklər.




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
ABŞ ilə Çin arasındakı danışıqlar gərgin mərhələyə qədəm qoyub
18.09.2018
NATO Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni alqışlayır
18.09.2018
Bakıda Azərbaycan və Türkiyə əsgərlərini eyni sırada görmək tarixlərə işıq saçan xoşbəxtlikdir
18.09.2018
Ölkəmizə faydalı vətəndaşlar yetişdirməyə çalışırıq
17.09.2018
“Dünya görür ki, Türkiyə və Azərbaycan bir yerdədir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10120

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info