“Qəbələ“ səfərdə “Neftçi“yə 3:2 hesabı ilə qalib gəlib
Tarix: 20.11.2017 | Saat: 00:57:00 | E-mail | Çapa göndər


Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının XII turunun son matçında "Neftçi" klubu doğma meydanda "Qəbələ"ni qəbul edib.
AZƏRTAC xəbər verir ki, "Baksel Arena"da baş hakim Rauf Cabbarovun idarə etdiyi oyun "Qəbələ"nin 3:2 hesablı əzmkar qələbəsi ilə başa çatıb.
"Neftçi"nin heyətində qolları 19-cu dəqiqədə Emin Mahmudov, 48-ci dəqiqədə Kirill Petrov vurublar. "Qəbələ"nin heyətində isə 21-ci dəqiqədə Baqali Dabo, 56-cı dəqiqədə 11 metrlik cərimə zərbəsindən Ruslan Qurbanov, 80-ci dəqiqədə isə Stiven Monroz fərqləniblər.
Bu oyunda Azərbaycan milli komandasının futbolçusu Emin Mahmudov "Neftçi"nin heyətində ilk qolunu vurub.
"Qəbələ"nin fransalı hücumçu Baqali Dabo aktivindəki qolların sayını altıya çatdıraraq çempionatın bombardirləri siyahısında vahid lider olub.
"Qəbələ" klubu bu qələbədən sonra aktivinə üç xal əlavə edərək xallarının sayını 25-ə çatdırıb və üçüncü pillədəki mövqeyini möhkəmləndirib. Paytaxt təmsilçisi isə 13 xalla beşinci yerdə qərarlaşıb.
Eyni zamanda, "Qəbələ" "Neftçi" ilə Azərbaycan çempionatının oyunlarında qələbə sayında bərabərləşib. Hər iki komandanın hesabında 15 qalibiyyət mövcuddur.
Qeyd edək ki, turnir cədvəlinə 28 xalla "Qarabağ" başçılıq edir. "Zirə" klubu 27 xalla ikinci pillədədir. İlk üçlükdə isə 25 xalla "Qəbələ" qərarlaşıb. Digər pillələrdə müvafiq olaraq "Sumqayıt" (16), "Neftçi" (13 xal), "Səbail" (12), "Keşlə" (8) və "Kəpəz" (7) yer alıblar.




 
Bölməyə aid digər xəbərlər
17.09.2019
Simeone oğlunu “Atletiko“ya gətirdi
17.09.2019
UEFA “Qarabağ“a 4 milyon avroya yaxın pul köçürdü
16.09.2019
Ukrayna gimnastı Vlada Nikolçenko A qrupunda birinci olub
16.09.2019
“Qarabağ” – “Sevilya” oyununa 20 min bilet satılıb
16.09.2019
Bakı bədii gimnastika üzrə dünya çempionatına ev sahibliyi edəcək

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 Müəllimlərin dərs yükü norması artırıldı
3 Daxili İşlər nazirindən yeni təyinat
4 Sami Yusifdən möhtəşəm “Nəsimi” kompozisiyası
5 Prezident təqaüdü alacaq tələbələrin yarısı regionların payına düşür


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info