DSX əməkdaşları balıqçıları xilas ediblər
Tarix: 20.11.2017 | Saat: 15:53:00 | E-mail | Çapa göndər


Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi “Pirallahı” sahil nəzarəti məntəqəsinin əməkdaşları əraziyə baxış keçirərkən “PR-1960” bort nömrəli balıqçı qayığının yanalma körpüsündə olmadığı aşkarlanıb.
 
DSX mətbuat xidmətindən bildirilib ki, hava şəraitinin kəskin dəyişəcəyi nəzərə alınaraq, həmin qayıqda dənizə çıxmış balıqçıların xilas edilməsi üçün təxirəsalınmaz tədbirlər görülüb, balıqçı qayığının gecə saatlarında Çilov adasının qərb reydində köhnə dirəyə çırpılması müəyyənləşib.
 
Axtarış-xilasetmə tədbirləri nəticəsində suda olan dirəyin üzərində aşkarlanan və icazəsiz olaraq dənizə çıxmış balıqçılar - Pirallahı rayon sakinləri Qurbanov Arif Umud oğlu və Məlikov Ramiz Tofikoviç xilas edilərək sahilə təxliyə ediliblər. DSX Sahil Mühafizəsinin sərhəd gözətçi gəmisi tərəfindən dənizdə yarıbatmış vəziyyətdə olan “PR-1960” bort nömrəli balıqçı qayığı da aşkarlanaraq sahilə çıxarılıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.01.2019
“Güzəştli mənzil” sistemindəki yeniliklər mayın 1-dən tətbiq ediləcək
21.01.2019
Ötən il 51 774 nəfər şəxs münasib işlərlə təmin edilib
21.01.2019
20 Yanvar əlilləri və şəhid ailələri etibarlı sosial müdafiə sistemi ilə əhatə olunublar
19.01.2019
20 Yanvar əlilləri və şəhid ailələrinə birdəfəlik maddi yardmlar verilib
17.01.2019
Dövlət Sosial Müdafiə Fondu tərəfindən ötən il 6148 sanator-kurort göndərişi verilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Dərslər təxirə salındı
3 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
4 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”
5 Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanalar ləğv edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info