Akademik Həsən Əliyevin 110 illik yubileyi qeyd olunub
Tarix: 20.11.2017 | Saat: 16:26:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Elmlər Akademiyasının akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun təşkilatçılığı ilə Qəbələ Arxeoloji Mərkəzində Azərbaycanın görkəmli alimi, ictimai-siyasi dövlət xadimi, Dövlət Mükafatı Laureatı, akademik Həsən Əliyevin 110 illik yubileyi qeyd olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə əvvəlcə Qəbələ Rayon İcra Hakimiyyəti başçısının müavini Ətayə Osmanova çıxış edərək, dövrünün görkəmli torpaqşünas alimi, akademik Həsən Əliyevin Azərbaycanda coğrafiya və torpaqşünaslıq elmlərinin müxtəlif sahələrinin təşəkkül tapmasında, bir sıra yeni elmi istiqamətlərin bugünkü simasının müəyyənləşməsində müstəsna xidmətlərindən danışıb.
Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov “Akademik Həsən Əliyevin elmi və ictimai fəaliyyəti” mövzusunda geniş məruzə edib, onun Azərbaycan təbiətinin, torpağının və suyunun mühafizəsi sahəsində əvəzsiz xidmətlərindən söz açıb. Alim qeyd edib ki, Prezident İlham Əliyev bu il fevralın 7-də “Akademik Həsən Əliyevin 110 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalayıb. Azərbaycanın elm xəzinəsinə dəyərli töhfələr vermiş görkəmli alim, bacarıqlı elm təşkilatçısı və tanınmış ictimai xadim Həsən Əliyevin 110 illik yubileyinin layiqincə keçirilməsini təmin etmək məqsədi ilə Coğrafiya İnstitutu tədbirlər planı hazırlayıb və həmin plana əsasən institut ilboyu müxtəlif tədbirlər - konfranslar, sərgilər, görüşlər və seminarlar təşkil edir.
İnstitutun ekocoğrafiya şöbəsinin müdiri Ənvər Əliyev bildirib ki, Həsən Əliyev mükəmməl tədqiqatçı olmaqla yanaşı, həm də böyük hörmət sahibi, el ağsaqqalı, Vətənini ürəkdən sevən əsl azərbaycanlı idi.
Coğrafiya İnstitutunun Azərbaycanın torpaq ehtiyatları coğrafiyası şöbəsinin müdiri İsmayıl Quliyev “Akademik Həsən Əliyev görkəmli ekoloq kimi” mövzusunda məruzə edib, torpaqşünas alimin elmi-tədqiqat işlərindən, ölkəmizin torpaq xəritəsinin tərtibindəki əməyindən söhbət açıb.
Qəbələ Rayon Kənd Təsərrüfatı İdarəsinin rəisi Rahib Əhmədov akademik Həsən Əliyev haqqında xatirələrini bölüşüb, onun insanlara qayğıkeş münasibətindən, ölkəmiz üçün istedadlı kadrlar yetişdirməsindən, Azərbaycan təbiətinə və elminə verdiyi töhfələrdən bəhs edib.
Görkəmli alimin yetirmələri, keçmiş iş yoldaşları Həsən Əliyev haqqında xatirələrini danışıblar.
Tədbirdə Coğrafiya İnstitutunun hazırladığı və Həsən Əliyevin fəaliyyətinə həsr edilən kinolent nümayiş olunub. Sonda akademik Ramiz Məmmədov Coğrafiya İnstitutunun nəşri olan kitabları və atlası Qəbələ Arxeoloji Mərkəzinin kitabxanasına hədiyyə edib.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
26.06.2019
“Rossiyskaya qazeta” rusiyalı turistləri Azərbaycana dəvət edir
26.06.2019
“Danışır Xocalı” sənədli filminə ictimai baxış keçirilib
25.06.2019
“Narkomaniyaya qarşı mübarizədə gənclərin rolu” mövzusunda tədbir keçirilib
25.06.2019
Şirməmməd Ağaməmməd oğlu Hüseynov
25.06.2019
Gənclər üçün festivalın növbəti ünvanı Quba şəhəri olub

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10816

1 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
2 Əli Nağıyev DTX rəisi təyin edildi
3 Heydər Əliyev və bələdiyyələr
4 Tarix müəllimi Könül Əliyeva: “Əməkhaqqının artırılması bizim əməyimizə verilən böyük qiymət və dəyərdir”
5 Vilayət Eyvazov daxili işlər naziri təyin edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info