Gürcüstanla Azərbaycanın ticarət dövriyyəsi 600 mln. dolları ötüb
Tarix: 20.11.2017 | Saat: 16:59:00 | E-mail | Çapa göndər


2017-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanla Gürcüstan arasında ticarət dövriyyəsinin həcmi 650,4 mln. dollar təşkil edib.

APA-nın yerli bürosu Gürcüstanın Milli Statistika İdarəsinə istinadən xəbər verir ki, hesabat dövründə Azərbaycan Gürcüstandan 194 mln. 726,2 min dollar dəyərində məhsul idxal edib. Azərbaycanın qonşu ölkəyə ixracı isə 455 mln. 674,4 min dollar dəyərində olub. Gürcüstanın xarici ticarət dövriyyəsində Azərbaycanın payı 7,6% təşkil edib.

10 ay ərzində Gürcüstanın xarici ticarət dövriyyəsinin ümumi həcmi 8 mlrd. 566,1 mln. dollar təşkil edib ki, bu da ötən ilin eyni göstəricisindən 12,7% çoxdur.

Qonşu ölkənin ixracı 29,4% artaraq 2 mlrd. 203,1 mln. dollar, idxal isə 7,8% artaraq  6 mlrd. 363 mln. dollar təşkil edib.

Cari ilin 10 ayı ərzində Gürcüstanın ən çox ixrac etdiyi məhsullar arasında mis filizi və konsentratlar (ümumi ixracın 16%-i) birinci yeri tutub. İkinci və üçüncü yerlərdə isə müvafiq olaraq  ferroərintilər (11,6%) və minik avtomobilləridir (7,9%).
 
Qonşu ölkənin ən çox idxal etdiyi məhsulların ilk üçlüyündə isə neft və neft yağları (ümumi idxalın 8,7%-i), minik avtomobilləri (5,9%) və əczaçılıq məhsulları (4,4%) yer alıb.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
23.01.2019
BMT Azərbaycanda əlilliyi olan insanların məşğulluğuna dair yeni layihə reallaşdıracaq
23.01.2019
Azərbaycan Şərq-Qərb nəqliyyat dəhlizi təşəbbüsünün fəal üzvüdür
23.01.2019
Hər il əmək bazarına 100 min gənc daxil olur
23.01.2019
Xaricdən ən çox sifariş verilən 10 Azərbaycan məhsulu
23.01.2019
Bank İsmayıllı filialı üçün işçi axtarır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 “Mənim güc mənbəyim Bakıdadır”
2 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
3 Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”
4 Türkiyə hərbçiləri Suriyada “YPG“ terrorçularına layiqli cavab veriblər
5 Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info