Əmək müqaviləsi işçinin əmək və sosial hüquqlarının müdafiəsinə əsaslı təminat yaradır
Tarix: 20.11.2017 | Saat: 17:31:00 | E-mail | Çapa göndər


İşəgötürənlə işçi arasında fərdi qaydada bağlanılan əmək müqaviləsi əmək münasibətlərinin rəsmiləşməsini təsdiq edən və bu münasibətlərin şərtlərini əks etdirən vacib sənəd olmaqla işçinin əmək və sosial hüquqlarının müdafiəsinə əsaslı təminat yaradır. 
Əmək müqaviləsi üzrə işçi ilk növbədə vacib olan onun həyatının, sağlamlığının və əməyinin mühafizəsini təmin edən əmək şəraitində çalışmaq, habelə belə şəraitin yaradılmasını tələb etmək hüququ əldə edir. Müqavilə həmçinin işçiyə qanunvericiliklə müəyyən edilmiş iş vaxtı müddətində çalışmaq, minimum əmək haqqından aşağı olmayan əmək haqqı almaq, iş vaxtından artıq vaxtda işə cəlb olunduqda əlavə əmək haqqı almaq və ya onun verilməsini tələb etmək hüququ verir. O, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasına daxil olmayan işləri, xidmətləri yerinə yetirməkdən imtina edə, belə işləri, xidmətləri icra etdikdə isə müvafiq əlavə əmək haqqı verilməsini işəgötürəndən tələb də edə bilər. Digər tərəfdən, əmək müqaviləsi üzrə işçi peşə hazırlığını artırmaq, yeni ixtisasa yiyələnmək və ixtisasını artırmaq üçün hüquqi imkanlar qazanır. İşçi əmək müqaviləsi bağlanılmadan çalışdıqda onun əmək və sosial hüquqlarının müdafiəsi çətinləşir, bir çox hallarda isə mümkün olmur. 
Araşdırmalar göstərir ki, qeyri-rəsmi formada, əmək müqaviləsi olmadan əmək münasibətləri yaradaraq işlərin görülməsinə cəlb edilən insanlar onlara heç bir istirahət və məzuniyyət günləri verilmədən işlədilirlər. Əmək müqaviləsi üzrə çalışan işçilər isə Azərbaycan Respublikasının Əmək Məcəlləsində müəyyən olunmuş həftələrarası istirahət günlərindən, minimum müddətdən az olmayan ödənişli əsas və əlavə əmək məzuniyyətlərdən, müvafiq hallarda sosial, ödənişli yaradıcılıq və təhsil, eləcə də ödənişsiz məzuniyyətlərindən istifadə etmək hüquqlarına malik olurlar.
Qeyd olunanlarla yanaşı, əmək müqaviləsi işçinin gələcək sosial hüquqlarının müdafiəsinə əsaslı təminat yaradır. Müqavilə bağlandıqda işçi məcburi dövlət sosial sığorta olunmaqla fərdi uçot sistemində şəxsi hesaba malik olur. Bu da işçiyə həmin hesabda gələcək sosial təminat hüquqları, o cümlədən əmək pensiyası hüququ üçün vacib olan pensiya kapitalını formalaşdırmaq və onu mütəmadi şəkildə artırmaq imkanı verir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Sığortaolunanlara məlumatların verilməsi” e-xidməti vasitəsilə hər bir işçi onun sığorta hesabında toplanan vəsaitlərin artım dinamikasını, işəgötürən tərəfindən onun fərdi sosial sığorta hesabına yönəldilən məcburi dövlət sosial sığorta ödəmələrinin həyata keçirilməsi ardıcıllığını izləyə bilər.
Vətəndaşlar bilməlidirlər ki, bağlanan hər bir əmək müqaviləsi işəgötürən tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək Müqaviləsi Bildirişlərinin Elektron İnformasiya Sistemində müvafiq bildiriş formasında qeydiyyatdan keçirilməklə rəsmiləşdirilir və Elektron İnformasiya Sisteminə daxil edilməyən əmək müqaviləsi hüquqi qüvvəyə minmir. Elektron İnformasiya Sisteminə əmək müqaviləsinin bağlanması barədə məlumatlarla yanaşı, eləcə də gələcəkdə ona tərəflərin qarşılıqlı razılığı ilə dəyişikliklər edilməsi və ya əmək müqaviləsinə xitam verilməsi barədə məlumatlar da daxil edilir və bu barədə bildirişlər işəgötürən tərəfindən işçiyə verilir. Elektron imza almaqda və ya müvafiq qaydada qeydiyyatdan keçməklə işçi bu bildirişləri Elektron İnformasiya Sistemindən sərbəst surətdə əldə edə və ya öz əmək münasibətləri ilə bağlı məlumatlarla günün istənilən vaxtında bir daha tanış ola bilər. Bunun üçün “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi” e-xidmətindən istifadə olunur. 
“İş yerinə dair arayış” e-xidməti vasitəsilə işçi müvafiq hallarda öz işəgötürəninə müraciət etmədən, öz iş yeri və əmək haqqı barədə elektron qaydada arayış da əldə etmək imkanına da malikdir.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
DOST Agentliyinin konsepsiyasının təqdimatı olub
20.11.2018
Şəhid anası: Birdəfəlik ödəmələrin verilməsi şəhid ailələrinə qayğının bariz nümunəsidir
19.11.2018
Sabirabadda məcburi köçkünlərin məskunlaşdığı qəsəbə təbii qazla təmin olunub
19.11.2018
“ABC Tədris və İnkişaf mərkəzi“ və “Ahıllara və Tənhalara Dəstək“-dən təqdirəlayiq addım
19.11.2018
Səyyar “ASAN xidmət” davam edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 “Gedir dayanmadan zamanın köçü”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info