Brüsseldə separatizmlə bağlı Forum keçirilir
Tarix: 20.11.2017 | Saat: 18:30:00 | E-mail | Çapa göndər


Belçikanın paytaxtı Brüsseldə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin və Avropa Azərbaycanlıları Konqresinin təşkilati dəstəyi ilə “Separatizmin beynəlxalq sülhə və təhlükəsizliyə törətdiyi təhdid” mövzusunda beynəlxalq Forum keçirilir.
Tədbirdə Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Avropa Parlamentinin üzvləri, Avropa siyasətçiləri, ekspertlər, həmçinin Azərbaycanın Avropada fəaliyyət göstərən diaspor təşkilatlarının rəhbərləri iştirak edirlər.
Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib ki, Forumun statusu beynəlxalq statusdadır: “Əslində bu, möhtəşəm Qarabağ Forumudur. Avropanın paytaxtı sayılan Brüsseldə belə bir tədbir düzənləmək, oraya dünyanın hər yerindən nümayəndə toplamaq və bir çox tanınmış simaları bu Forumda iştirakçı etmək Azərbaycanın böyük uğurudur. Ən müxtəlif ölkələrdən gələn diaspor fəallarımız bu Forumdan böyük ruh və kurs alacaqlar, buna əminəm”.
Tədbir çərçivəsində ölkələrin ərazi bütövlüyünün regional və qlobal səviyyədə pozulması halları, separatizm nəticəsində yaranmış münaqişələrin və separatçı meyillərin aradan qaldırılması yolları müzakirə ediləcək.
Əsas panel iclas Avropada separatizm mövzusuna həsr ediləcək. Forum çərçivəsində, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuş ayrıca panel iclasının keçirilməsi nəzərdə tutulur.
Fuad




 
Bölməyə aid digər xəbərlər
21.08.2019
“Türkiyə hökumətilə Şərqi Aralıq dənizindəki birgə mübarizəmiz böyük əhəmiyyət daşıyır”
19.08.2019
Paşinyanın açıqlamaları Ermənistanın dalana dirənməsinin nəticələridir
19.08.2019
Li Syan Lun: ABŞ və Çin “sehirli həbi” tapmalıdırlar
18.08.2019
ABŞ əsassız olaraq İranı neft tankerlərinə hücumlarda ittiham edir
18.08.2019
“İntihar“ hallarını siyasiləşdirənlər, faciədən gəlir güdənlər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10867

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
5 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info