“Erməni ekspertlər daim şikayətlənirlər ki, Ermənistan müstəqil xarici siyasət kursuna malik deyil”
Tarix: 20.11.2017 | Saat: 19:00:00 | E-mail | Çapa göndər


“Bu gün dövlətlərin heç də hamısı müstəqil xarici siyasət aparmağa qadir deyil. Məsələn, erməni ekspertlər daim şikayətlənirlər ki, Ermənistan müstəqil xarici siyasət kursuna malik deyil. Danışıqlar aparılır, müəyyən tədbirlər keçirilir, ölkə beynəlxalq təşkilatlarda təmsil olunur. Ancaq son nəticədə atılan addımlar Ermənistanın müstəqil qərarlar qəbul edə bilmədiyini göstərir. Ermənistan direktivləri kənardan alır”.
 
Bu barədə Azərbaycan prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi-şöbə müdiri Novruz Məmmədovun Azərbaycan diplomatiyasının 25 ildə əldə etdiyi uğurlar barədə analitik məqaləsində deyilir. 
 
Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə toxunan N. Məmmədov qeyd edib ki, prezident İlham Əliyev münaqişənin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində, ərazi bütövlüyü və suverenliyi əsasında həll edilməsini vacib şərt kimi irəli sürür: “Bu tezis indiki mərhələdə dünya siyasətində müşahidə edilən ziddiyyətlər fonunda ciddi əhəmiyyət kəsb edir. Belə ki, ən mürəkkəb situasiyada da Azərbaycan diplomatiyası sivil üsullara, beynəlxalq münasibətlər sisteminin qaydalarına uyğun fəaliyyət göstərir. Ermənistan və onun havadarlarının çoxsaylı təxribatlarına baxmayaraq, Azərbaycan sülh və barış xəttindən çəkilmir”.
 
N. Məmmədov bildirib ki, digər vəzifə müasir dövrdə böyük əhəmiyyət daşıyan geosiyasi təhlükələri neytrallaşdırmaq üsulu ilə bağlıdır: “Bir sıra ölkələrdən fərqli olaraq, Azərbaycanda daxili təhlükə mənbələri mövcud deyil. Bu, həyata keçirilən dərindən düşünülmüş daxili siyasət sayəsində mümkün olub. Lakin xarici mühitdə olan təhlükə mənbələri hələ də var və onlar azalmaq bilmir. Bu təhlükə mənbələrini zərərsizləşdirmək üçün düzgün siyasət yeritmək və zəruri tədbirlər görmək tələb olunur. Bu isə yaranmış vəziyyətə sistemli yanaşmağı, ağıl və intellektin imkanlarından maksimum dərəcədə yararlanmağı nəzərdə tutur. Azərbaycan diplomatiyası təhlükəli situasiyalarda, qeyri-müəyyənliklərin hökm sürdüyü vəziyyətlərdə səmərəli fəaliyyət sistemini formalaşdırıb və həmin istiqamətdə fəaliyyətini davam etdirməkdədir”.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Bu tarixi bilmək lazımdır və ya keçmişin dərsləri
19.11.2018
Prezidentin Belarusa səfəri ölkələrimizin iqtisadi əlaqələrində yeni bir mərhələnin əsasını formalaşdırır
19.11.2018
Almaniyadakı azərbaycanlı alimlərin konfransı keçirilib
19.11.2018
İsveçrə Azərbaycanlıları Koordinasiya Şurasının toplantısı keçirilib
19.11.2018
Dövlət Komitəsinin nümayəndə heyətinin Amerikaya səfəri Vaşinqtonda davam edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info