Makron və Meyin sinxron siyasətinin səbəbi nədir?
Tarix: 20.11.2017 | Saat: 21:50:00 | E-mail | Çapa göndər


Almaniya xarici kəşfiyyat idarəsinin rəhbəri: “Rusiya ABŞ-ı Avropadan sıxışdıraraq qitənin lideri rolunu üzərinə götürür”

Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun əməkdaşı Aleksandr Orlov: “Qərb neoliberal sistemi hazırda dərin böhran yaşayır”

Son günlər ərzində London və Parisdən Moskvanın ünvanına səslənən ittihamların sayının artması müəyyən prosesin başlamasına işarədir. Təxminən eyni vaxtda start verilən ittihamlar dalğası yüksək səviyyədən- Makron və Tereze Meyin dilindən səsləndirilir. Daha sonra Almaniya kəşfiyyat xidmətinin rəhbəri Bruno Kal da bu sıraya qoşulub. Mey Rusiyanı bir sıra Avropa dövlətlərini hava məkanını pozmaqda, kibercasusluqda ittiham edib. Britaniya mətbuatı yazır ki, Meyin birdən-birə Rusiyanı ittiham etməsi onun daxildəki siyasi vəziyyəti ilə bağlı ola bilər. “The Telegraph” yazır ki, bir vaxtlar yüksək vəzifələr tutmuş 15 nüfuzlu konservator Meyə qarış çıxış edib. Yerli media ölkədə artan gedən inflyasiyanın da bu məsələdə rolunun olduğunu qeyd edirlər. İnflyasiya son 5 ilin, ərzaq məhsulları qiyməti isə son 4 ilin rekordunu müəyyənləşdirib. Funt-sterlinqin dəyərdən düşməsi də öz təsirini göstərməyə başlayıb. Belə vaxtda ən yaxşı çıxış yolu “rus təhlükəsi”ni qabartmaqdır. Qonşu Fransada da təxminən oxşar proses başlayıb. Makronun prezident seçilməsi üçün çalışmış nüfuzlu 100 şəxs “İrəli” partiyasını tərk etdiklərini açıqlayıblar. “100 demokrat”ın məktubunda qeyd edilir ki, Makron dövlət başçısı seçiləndən sonra prinsiplərinə xəyanət edib-“xalq demokratiyası” yox, “elitanın hakimiyyəti” əsas təşkil edir. Partiyanın qurultayına yaxın bir zamanda belə ittihamların səslənməsi Makronun nüfuzuna ciddi dərəcədə təsir edib. Belə bir vaxt da Makron da Meyin seçdiyi yolla gedərək Rusiyanı ittiham etməyə başlayıb. O, ABŞ-ın “Time” jurnalına müsahibəsində bildirib ki, “Rusiyanın müdaxiləsi” ABŞ və Fransa kimi demokratik ölkələr üçün ciddi təhlükələr yaradır. Bu müsahibədən bir həftə sonra Makron Britaniya mətbuatına verdiyi müsahibədə fikirlərini bir qədər korrektə edib. Bu məsələ ilə bağlı növbəti açıqlama Almaniyanın xarici kəşfiyyat idarəsinin (BND) rəhbəri olan Bruno Kal tərəfindən səslənib. Kəşfiyyatçı bildirib ki, beynəlxalq təhlükəsizliyi təhdid edən 3 əsas amil var – miqrasiya böhranı, dünyada artan iqtisadi disbalans və Kremlin siyasəti. Kalı ən çox narahat edən Rusiya ordusunun modernləşməsi və idarəetməsidir. Almaniya kəşfiyyatının rəhbərini ən çox narahat edən məsələ Rusiyanın ABŞ-ı Avropadan sıxışdıraraq qitənin lideri rolunu üzərinə götürməsi siyasətidir. Kəşfiyyat rəhbərinin fikrincə, Almaniya ABŞ-a yaxın dayanmalı və ABŞ-la Avropa arasında məsafənin artmasına imkan verməməlidir. Maraqlıdır ki, federal xarici kəşfiyyat idarəsinin rəhbərinin bu sözlərinə Almaniya hökuməti dərhal reaksiya verib. Hökumət rəsmisi Şteffen Zaybert elan edib ki, Bruno Kalın konfransda səsləndirdiyi fikirlər onun şəxsi düşüncəsidir və kanslerin adından ifadə olunmayıb. Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun əməkdaşı Aleksandr Orlov “RİA Novosti”yə açıqlamasında deyib ki, Qərb neoliberal sistemi hazırda dərin böhran yaşayır: “Vəziyyəti dəyişməyə çalışan siyasətçilər hansısa xarici faktor üzərində dayanırlar. Belə vaxtda Rusiya ən yaxşı hədəfdir”. Ekspert Rusiya idmançılarının Qış Olimpiya Oyunlarına buraxılmaması ilə bağlı mediada başlayan kampaniyanı da bu siyasətin tərkib hissəsi və başlanğıcı hesab edir.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
İranda hərbi parad zamanı terror aktı törədilib
22.09.2018
Estoniyada Müqavimət Günü qeyd edilir
22.09.2018
İspan qadınlar həm alim, həm də ana olmaq hüququ uğrunda mübarizə aparırlar
21.09.2018
Türkiyə İdlibdəki hərbi qüvvələrinin sayını artıracaq
21.09.2018
Vyetnam Prezidentinin ölüm səbəbi açıqlanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10129

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info