Yunanıstan səfiri BANM-də
Tarix: 20.11.2017 | Saat: 21:55:00 | E-mail | Çapa göndər


Yunanıstan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Nikolaos Kanellos Bakı Ali Neft Məktəbində (BANM) olub. Səfir və onun rəhbərlik etdiyi nümayəndə heyəti ali məktəbin rəhbərliyi, professor-müəllim heyəti və tələbələrilə görüşüb.
Rektor Elmar Qasımov səfiri və səfirliyin digər nümayəndələrini ali məktəbdə gördüyünə şad olduğunu bildirərək cənab Kanellosu uzaqgörən diplomat, peşəkar rəssam və gözəl yazıçı kimi tədbir iştirakçılarına təqdim edib. Daha sonra rektor Azərbaycan və Yunanıstanın təhsil sahəsində olan uğurlu əməkdaşlığını qeyd edərək bilidirb ki, BANM-in bu il 5 nəfər tələbəsi hazırda Afina şəhərində yerləşən Pirey Tətbiqi Elmlər İnstitutunda təhsil alır və növbəti ilin fevral ayında daha 5 tələbənin göndərilməsi nəzərdə tutulur.
Görüş zamanı Kanellos tədbir iştirakçılarına iki ölkə arasında yaranmış perspektivli münasibətlərdən, Yunanıstan mədəniyyətindən, öz həyat və yaradıcılığından danışıb. Həyatının 29 ildən çoxunu vətəndən kənarda yaşayaraq fəaliyyət göstərən Kanellos şəxsi inkişafdan, liderlikdən, yaradıcılıqdan danışıb, gənclərə hərtərəfli bir mütəxəssis kimi yetişmələri üçün dəyərli məsləhətlərini verib. Görüş zamanı BANM tələbələri səfirin şəxsiyyətinə və yaradıcılığına böyük maraq göstərərək ona çoxsaylı suallar ünvanlayıblar və bu marağın qarşılığında səfir tələbələrə “Nikos D.Kanellos Paintings” adlı rəsm əsərlərinin yer aldığı kitabı imzalayaraq hədiyyə edib.
Sonda Elmar Qasımov Kanellosa Bakı Ali Neft Məktəbinin Fəxri qonağı plaketini təqdim edib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
20.08.2019
Hərbi pilotun nəşi və təyyarənin qalıqları tapılaraq dənizdən çıxarılıb
20.08.2019
Dəmiryolçular üçün treninqlər keçirilir
20.08.2019
Onlar yüksək balla Azərbaycan İlahiyyat İnstitutunu seçdilər
19.08.2019
Masallı rayonunda gənc könüllülərə sertifikatlar təqdim edilib
19.08.2019
Daxili İşlər naziri Daxili Qoşunların paytaxtda yerləşən “N” saylı hərbi hissəsində olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10865

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
5 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info