Almaniyada yeni hökumətin qurulması baş tutmayıb
Tarix: 20.11.2017 | Saat: 23:06:00 | E-mail | Çapa göndər


Almaniyada yeni koalisiya hökumətinin qurulması ilə bağlı təşəbbüslərin uğursuz nəticələnməsi ilə əlaqədar “Almaniya üçün Alternativ” Partiyasının liderləri Aleksander Qauland və Alisa Vaydel kansler Angela Merkeldən vəzifəni tərk etməsini tələb ediblər. Qauland bu barədə Bundestaqdakı çıxışı zamanı bəyan edib. O bildirib ki, hökumət koalisiyasının yaranması baş tutmayıb və bu, ictimai konsensusu əks etdirmədiyi üçün alınmayıb. Solçuların lideri Katya Kipinq yeni hökumətin qurulması ilə bağlı ilkin danışıqların baş tutmamasını Angela Merkel erasının başa çatması kimi qiymətləndirib. Xatırladaq ki, Almaniyanın Azad Demokratlar Partiyası Xristian Demokratlar İttifaqı ilə Xristian Sosial İttifaqı blokunun və “Yaşıllar” partiyasının yer aldığı koalisiyanın yaranması ilə bağlı həftələrdir davam edən danışıqlardan çəkildiyini bəyan edib. Danışıqlar sentyabrda keçirilən parlament seçkilərindən dərhal sonra başlayıb. Şərti olaraq “Yamayka” adlandırılan koalisiyanın qurulması bu ittifaqa Bundestaqdakı 709 mandatdan 393-nə sahib olmaq imkanı verəcəkdi. Lakin azad demokratların çıxması ilə koalisiya 44 faiz mandata sahib olacaq ki, bu da çoxluq deyil. Əgər Angela Merkel azlıq hökuməti qurmaq barədə qərar verəcəksə, o zaman ölkə başçısı kansler vəsifəsi üçün onun namizədliyini təklif edəcək. Lakin Merkel yeni seçkilərin keçirilməsi barədə qərar verəcəksə, yenə də ilk növbədə kansler seçilməlidir. Bütün hallarda prezident ilk növbədə Bundestaqa yeni kanslerin namizədliyini təklif edəcək. Yeni kanslerin seçilməsi üçün isə partiyalararası danışıqlar aparılmalıdır. Əgər ilk mərhələdə kansleri seçmək mümkün olmayacaqsa, bunun üçün daha 14 gün veriləcək. Bu müddət ərzində kansler seçilməzsə və keçirilən səsvermə də nəticə verməzsə, prezident ya uğursuzluğa düçar olmuş namizədi kansler təyin etməli, ya da Bundestaqı buraxmalıdır. 60 gün ərzində yeni seçki olmalıdır. Bu səbəbdən yeni seçkilərin keçirilməsi fevralın ortalarına kimi çəkə bilər.




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır
16.11.2018
Gürcüstandan Rusiyaya gedən avtomagistral yol bağlanıb
15.11.2018
Aİ - Britaniya “boşanması”: İrlandiya, Cəbəllütariq və Kipr üzrə protokollar razılaşdırılıb
15.11.2018
Miqrantlar ABŞ ve Meksika arasında olan sərhəd hasarına çıxdılar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10488

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info