“Sərkisyan hakimiyyəti xalqı qorxu altında saxlamağa çalışır”
Tarix: 20.11.2017 | Saat: 23:15:00 | E-mail | Çapa göndər


“1in.am” saytı:
“Həqiqət budur ki, korrupsiya virusu ilə yoluxan Ermənistan iqtisadiyyatı faktiki olaraq iflic vəziyyətdədir”

“Bu gün Ermənistan hökumətinin başlıca məqsədi ölkənin təhlükəsizliyini və müdafiəsini gücləndirmək deyil, sadəcə olaraq, sistemin çəkisini artırmaq və ən etibarlı qəyyuma nail olmaqdan ibarətdir”.
Bu fikirlər “1in.am” saytında yayılan məqalədə qeyd edilib. “2018-ci il üçün dövlət büdcəsi layihəsində müdafiə üçün ayrılan məbləğin miqdarı kəskin şəkildə artıb. Əgər 2015-ci ildə müdafiə sahəsinə təxminən 201 milyard dram ayrılmışdısa, gələn il üçün bu məbləğ 246 milyard dram planlaşdırılır. Deməli, Ermənistanın müdafiə sahəsinə ayrılan vəsait 17 faiz artırılıb”. Saytın verdiyi bilgiyə görə, Müdafiə Nazirliyinə ayrılan vəsaitlərin artırılmasının səbəbi çox sadədir. Bu, az da olsa, ölkədə qalan erməni xalqının vətənpərvərlik hissi ilə oynamağa və həmçinin cəmiyyəti qorxu altında saxlamağa hesablanıb. Xatırladaq ki, Serj Sərkisyanın prezidentliyi dövründə yalnız erməni ordusunun deyil, eyni zamanda, hüquq-mühafizə orqanlarının da maliyyəsi artırılıb. Belə ki, bu dövrdə polisə maliyyə dəstəyi 94, Milli Təhlükəsizlik Xidmətinə isə 60 faiz çoxaldılıb. Sayt yazır ki, Sərkisyanın bu addımının ölkənin təhlükəsizliyini və müdafiə sistemini gücləndirməyə hesablandığını düşünmək sadəlövhlük olardı. Çünki bu gün hökumətin əsas qayəsi cinayətkar hakimiyyəti və qəyyumun dəstəyini gücləndirməkdir. Doğrudan da iqtisadiyyatı faktiki olaraq iflic vəziyyətdə olan, təhsil, səhiyyə, sosial xərclərə daha çox ehtiyac duyulduğu bir ölkədə güc seqmentinə maliyyə sərfinin artırılması bir çox mətləblərdən xəbər verir. Bu, bir daha erməni xalqının hərbi və ya polis dövləti ilə üzü-üzə qalmasına dəlalət edir. Sayt yazır: “Bu faktlar, hətta beynəlxalq hesabatlarda da ifadə edilir, ölkəmizin siyasi nüfuzuna əhəmiyyətli dərəcədə ziyan vurur və xarici investorları seçim qarşısında qoyur. Əslində isə həqiqət budur ki, korrupsiya virusu ilə yoluxan Ermənistan həm əsgər çəkmələri, həm də polis dəyənəyinin nəzarətindədir”. Sayt bildirir ki, Ermənistanda təhlükəsizlik strukturlarının maliyyələşməsinin artması, onların fəaliyyətinin səmərəliliyinin artması demək deyil.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Tümen aeroportlarına iki azərbaycanlının adları verilə bilər
12.11.2018
Viqen Sarkisyan: “Ermənistanın KTMT rəhbərliyindən uzaqlaşdırılması yeni hökumətin uğursuzluğudur”
12.11.2018
Avropa Şurasında yerli idarəetmələr müzakirə olunub
12.11.2018
Yağışlar İranın Əhvaz şəhərində fəsadlar törədib
09.11.2018
“ArmenianReport”: “Rus dili bizə lazım deyil”

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10457

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info