“Etnik separatizmlə oynamaq olmaz”
Tarix: 20.11.2017 | Saat: 23:31:00 | E-mail | Çapa göndər


“İndi Avropa öz üzərində bu təhlükəni, etnik separatizmlə oynamağın acı nəticələrini görəndən sonra bizim haqq səsimizə səs verdi”

“Azərbaycanın təşəbbüsü ilə keçirilən bu Beynəlxalq Forum ərazi bütövlüyü pozulmuş, əhalisi öz yurd-yuvasından didərgin salınmış xalqlara, dövlətlərə və onların apardığı mübarizəyə dəstək olacaq”.
AZƏRTAC xəbər verir ki, bu sözləri Belçikanın paytaxtı Brüsseldə “Separatizm beynəlxalq sülhə və təhlükəsizliyə təhdiddir” mövzusunda keçirilən beynəlxalq forumda Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov jurnalistlərə müsahibəsində deyib. Prezidentin köməkçisi bildirib: “Biz uzun illərdir Avropaya, dünyaya xəbərdarlıq edirdik ki, etnik separatizmlə oynamaq olmaz. Etnik separatizmlə oynamaq sonda xalqlar və dövlətlər arasında münaqişəyə gətirir, qanlı münaqişələr törədir və bunun nəticəsində də insanlar əziyyət çəkir. Azərbaycan neçə illərdir ki, bu əziyyətin hər üzünü görüb - didərginliyi də, qaçqınlığı da, məcburi köçkünlüyü də, minlərlə insanın qətlə yetirilməsini də, insanların evsiz-eşiksiz qalmasını da. İndi Avropa öz üzərində bu təhlükəni, etnik separatizmlə oynamağın acı nəticələrini görəndən sonra bizim haqq səsimizə səs verdi. Bugünkü Forum bunun əyani təsdiqidir. İspaniyanın ərazi bütövlüyü onun milli haqqıdır, dövlətin milli hüququdur və heç kim tərəfindən pozula bilməz. Bu beynəlxalq hüququn təməl prinsiplərindən biridir. Düşünürəm ki, Avropa İttifaqı İspaniyanın ərazi bütövlüyünün dəstəklənməsində yekdillik nümayiş etdirdiyi kimi, eynilə digər xalqların, dövlətlərin həyatında baş verən etnik separatizmə də adekvat münasibət sərgiləyəcək, Azərbaycanın ərazi bütövlüyünü indiyənə qədər necə tanıyırdısa, bundan sonra da tanıyacaq. Amma ərazi bütövlüyünün tanınması ilə məsələni bitmiş hesab etmək olmaz. İnanırıq ki, Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü pozmuş, torpaqlarını işğal etmiş Ermənistana qarşı daha təsirli tədbirlər görəcək, bu işğalçı dövlətə ciddi ictimai qınaq nümayiş etdirəcək.




 
Bölməyə aid digər xəbərlər
19.04.2019
Valentina Matviyenko: Mehriban xanım çox maraqlı həmsöhbətdir
18.04.2019
14 yaşlı qıza hücum edən şəxs YAP-ın üzvü deyil - RƏSMİ AÇIQLAMA
18.04.2019
Müxalifət nümayəndəsi: “Cəbhəçilər dezinformasiya yaymaqla məşğuldurlar”
18.04.2019
Dini liderlərin Bakı sammiti ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin ilk iclası keçirilib
18.04.2019
Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10749

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Milli mədəniyyətimizin fədakar tədqiqatçısı və təmsilçisi Babək Qurbanov haqqında
5 Rusiya Prezidenti Krasnoyarskdakı Azərbaycan diaspor rəhbərini təltif edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info