Gəncədə “Vətənpərvərliyin inkişafında oxu mədəniyyətinin rolu” layihəsi çərçivəsində təlim keçirilib
Tarix: 21.11.2017 | Saat: 15:00:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və Gəncə Şəhər İcra Hakimiyyətinin Təşkilatı dəstəyi ilə Gəncə Dövlət Universitetində Pənəliyev Samir Ramiz oğlu tərəfindən “Vətənpərvərliyin inkişafında oxu mədəniyyətinin rolu” layihəsi çərçivəsində Gəncə şəhərində təlim keçirilib.
Tədbiri giriş sözü ilə layihə rəhbəri Samir Pənəliyev açaraq, Samir öz çıxışında qeyd edib ki, “Vətənpərvərliyin inkişafında oxu mədəniyyətinin rolu” layihəsinin əsas məqsədi  “Vətənpərvərliyin inkişafında oxu Bakı, Sumqayıt, Gəncə şəhəri və İsmayıllı rayonunda yaşayan 14-17 yaş arası yeniyetmələr və 18-29 yaş arası gənclər arasında Azərbaycan elmi və bədii ədəbiyyatı nümunələri əsasında oxu mədəniyyəti və vətənpərvərliyin təbliği ilə bağlı informasiya çatışmazlığını aradan qaldırmaq və bu sahədə təcrübənin inkişaf etdirmək, dövlətin və millətin mənafeyini hər şeydən üstün tutmağı yeniyetmə və gənclərimizə çatdırmaqdır. Daha sonra bildirib ki “Azərbaycan gəncliyi 2017–2021-ci illərdə” Dövlət Proqramı ölkədə gənclər siyasətinin daha səmərəli həyata keçirilməsi istiqamətində atılan növbəti mühüm addımdır. Dövlət Proqramının məqsədi Azərbaycanda gənclər siyasətinin daha səmərəli həyata keçirilməsinə nail olmaq, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləməkdir. Məqsəd, həmçinin gənc nəslin sağlamlığını qorumaq, gənclərin təhsil və məşğulluq məsələlərinə diqqəti artırmaq, müasir informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadə etmək, ölkədə könüllülük hərəkatını inkişaf etdirməkdir. Daha sonra layihənin Təlimçisi Pərvin Qasımov öz çıxışında qeyd etdi ki, Hər bir gənc özündə olan vətənpərvərlik hissini daim ortaya çıxarmalı və bundan ölkənin mənafeləri üçün düzgün istifadə etməyi bacarmalıdır. Hazırkı dövrdə gedən media müharibəsindədə bütün insanlarımızın və eləcədə gənclərin rolu əvəzedilməzdir və buna hər gün daha çox ehtiyac duyulur. Vətəni sevmək və onun daim müdafiəsində dura bilmək üçün ölkənin keçdiyi keşməkeşli tarixi haqqında , onun milli-mədəni sərvətləri haqqında məlumatlı olmaq və bu məlumatları da təbliğat vasitəsi olaraq istifadə etmeyi bacarmaq lazımdır.

Tural




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
“Cümhuriyyət 100 il” adlı rəsm müsabiqəsinə yekun vurulub
20.11.2018
İnzibati məsuliyyətə cəlb edilən piyadaların sayı 100 mini ötüb
20.11.2018
AMEA-da Cümhuriyyət tarixinə dair dəyərli elmi-tədqiqat işləri aparılır
20.11.2018
Qloballaşma şəraitində milli dəyərlərimizin konfiqurasiyasının dəyişdirilmə təhlükəsi
20.11.2018
Aysel Fərziyeva yeni vəzifəyə gətirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info