Daşkəsəndə 10 hektardan çox ərazi yaşıllaşdırılıb, 6 mindən çox ağac və kol əkilib
Tarix: 21.11.2017 | Saat: 15:42:00 | E-mail | Çapa göndər


"AzerGold" QSC-nin 100-ə yaxın əməkdaşı Daşkəsən rayonunda yerləşən Çovdar filiz emalı sahəsi ərazisində növbəti ağacəkmə aksiyasında 200-dən çox ağac əkib. Tədbir Yeni Azərbaycan Partiyasının 25 illik yubileyi ilə əlaqədar həyata keçirilən "Hərəyə bir ağac əkək" kampaniyasının təşəbbüsünə dəstək olaraq baş tutub.
QSC-nin mətbuat xidmətindən bildiriblər ki, tədbirin əsas məqsədi respublika üzrə həyata keçirilməkdə olan irimiqyaslı yaşıllaşdırılma işlərinə qoşularaq ətraf mühitin sağlamlaşdırılmasına töhfə verməkdir.
İl ərzində Çovdar filiz emal sahəsində həyata keçirilmiş ağacəkmə tədbirləri çərçivəsində, ümumilikdə 10 hektardan çox ərazi yaşıllaşdırılıb, 6 mindən artıq ağac və kol əkilib. Korporativ sosial məsuliyyət, ətraf mühitin mühafizəsi, yerli əhaliyə dəstək cəmiyyətin fəaliyyətinin əsas istiqamətlərindən biridir. Belə ki, son bir ayda qızıl mədəninin yerləşdiyi sahədə aparılan iməcilik zamanı 3000-dən artıq ot bağlaması, həmçinin 90 kubmetr budanmış ağac qırıntıları toplanıb, heyvandarlıq və təsərrüfatda istifadə üçün ehtiyacı olan kəndlilərə, yaxın ərazilərdə yerləşən məktəblərə bağışlanıb.
Qeyd edək ki, "AzerGold" QSC cari ilin əvvəlindən etibarən Çovdar filiz emalı sahəsində qızıl və gümüş hasilatı ilə məşğuldur. Mədəndə çalışan 157 nəfər işçinin 90 faizi, eyni zamanda, mədənin fəaliyyətinin təşkili üçün cəmiyyət tərəfindən cəlb olunan podratçı və subpodratçı şirkətlərdə çalışan 500 nəfərə yaxın işçinin böyük əksəriyyəti Daşkəsən və yaxın rayonları təmsil edir.
Tural




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Səkkiz ayda hər bir sakin 554,5 manatlıq ödənişli xidmətlərdən istifadə edib
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10135

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info