Okinavanın qubernatoru ABŞ silahlı qüvvələrinə etirazını bildirib
Tarix: 21.11.2017 | Saat: 15:43:00 | E-mail | Çapa göndər


Yaponiyanın Okinava prefekturasının qubernatoru ərazidə yerləşən ABŞ silahlı qüvvələrinin komandanına dəniz piyadaları korpusunun qulluqçusu tərəfindən törədilən və yapon sürücünün ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsinə görə kəskin etirazını bildirib.
AZƏRTAC NHK telekanalına istinadla xəbər verir ki, prefekturanın qubernatoru Takeşi Onaqa öz ofisində general-leytenant Lorens Nikolsonla görüşüb. T.Onaqa deyib ki, hadisənin məzuniyyətdə olan dəniz piyadası tərəfindən hərbi avtomobil vasitəsilə törədilməsi onu daha faciəvi edir.
T.Onaqa hadisənin səbəblərinin araşdırılması üçün ABŞ silahlı qüvvələrini yerli hakimiyyətlə əməkdaşlıq etməyə və bu cür hadisələrin təkrar olunmaması üçün müvafiq tədbirlər görməyə çağırıb.
L.Nikolson ABŞ silahlı qüvvələri və xalqı adından başsağlığı verərək, həlak olanın ailə üzvlərindən üzr istəyib. Bildirib ki, bu hadisəyə heç cür bəraət qazandırmaq olmaz və prefektura sakinlərinin qəzəbini yaxşı başa düşür. Hadisə ilə əlaqədar müvafiq tədbirlər görüləcək və atılan addımlar Okinava prefekturasında yerləşən 50 min ABŞ hərbi qulluqçusunun belə hadisəyə təkrar yol verməməsi məqsədi daşıyacaq.




 
Bölməyə aid digər xəbərlər
19.01.2019
Türkiyə hərbçiləri Suriyada “YPG“ terrorçularına layiqli cavab veriblər
18.01.2019
Berlin: Moskva “Şimal axını-2” layihəsinin tikintisini müstəqil şəkildə başa çatdırmağa qadirdir
18.01.2019
İtaliya Suriyada yenidən səfirliyini aça bilər
18.01.2019
İran ABŞ-dan Press TV-nin jurnalistini təcili azadlığa buraxmağı tələb edir
17.01.2019
Xaricdəki soydaşlarımız 20 Yanvar şəhidlərinin ildönümünü qeyd edirlər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info