“Cənubi Qafqazın iqtisadiyyatının 70 faizi Azərbaycanda cəmləşib”
Tarix: 21.11.2017 | Saat: 16:09:00 | E-mail | Çapa göndər


Azərbaycan ilə Yaponiya arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinə həsr edilən tədbirlər çərçivəsində Yaponiyanın Çiba prefekturasının Şiroi şəhərində ölkəmiz haqqında təqdimat keçirilib.
Şəhər rəhbərliyinin və ictimaiyyət nümayəndələrinin qatıldığı tədbirdə Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə ölkəmizin iqtisadi inkişafı, Prezident İlham Əliyevin rəhbərliyi altında əldə edilən nailiyyətlər, digər sahələrlə yanaşı, turizm sektorunun inkişafı istiqamətində görülən tədbirlər barədə geniş məlumat verib. Azərbaycan -Yaponiya münasibətlərindən danışan səfir regionlar arasında əməkdaşlığın iki ölkə arasında əlaqələrin genişlənməsinə xüsusi töhfə verdiyini vurğulayıb.
Cari ildə Azərbaycan-Yaponiya diplomatik münasibətlərinin qurulmasının 25 illiyinin qeyd olunduğunu xatırladan səfir tərəflər arasında, xüsusən iqtisadi sahədə qazanılan uğurlardan danışıb, habelə Prezident İlham Əliyev və Yaponiyanın Baş naziri Şinzo Abe arasında təbrik məktublarını vurğulayıb.
Tədbir iştirakçılarına Azərbaycanın iqtisadiyyatı, enerji strategiyası, sənaye, kənd təsərrüfatı, turizmin inkişafı haqqında geniş məlumat verilib. Azərbaycanın Cənubi Qafqazın ən böyük dövləti olduğu, region iqtisadiyyatının 70 faizinin məhz burada cəmləşdiyi vurğulanıb.
Ölkəmizdə turizm sektorunun inkişafı istiqamətində görülən tədbirlərdən danışan səfir Azərbaycanda qədim və zəngin mədəniyyətlə yanaşı, yeni yolların, müasir tələblərə cavab verən mehmanxanaların inşa edildiyini qeyd edib, bu sahənin sürətli inkişafında ölkəmizin maraqlı olduğunu bildirib.
Bundan əlavə, Azərbaycanda biznes mühitinin xarici investorlar üçün çox rahat və cəlbedici olduğu vurğulanıb, yapon iş adamları Azərbaycana investisiya yatırmağa dəvət edilib.
Tədbir iştirakçılarının ölkəmizlə bağlı sualları ətraflı cavablandırılıb.
Tokioda yaşayan həmyerlimiz Dilarə Qazıyevanın ifa etdiyi milli rəqslərimiz alqışlarla qarşılanıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
“Bakcell” “ASAN Məktub”dan təşəkkürnamə alıb
21.11.2018
Türkcə “Vikipediya”da Azərbaycanla bağlı məqalələrin yaradılması prosesi sürətlənir
21.11.2018
Sərhəd idarəçiliyi üzrə potensialın gücləndirilməsi istiqamətində görülən tədbirlər müzakirə edilib
21.11.2018
Bakıda Azərbaycan-Qazaxıstan Gənclərinin Forumu işə başlayıb
21.11.2018
YAP-ın yaranmasının 26 illiyi ilə əlaqədar Pirallahıda tədbir keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info