Ölkədən çıxışı qadağan olunmuş 1158 nəfər sərhəddən buraxılmayıb
Tarix: 21.11.2017 | Saat: 16:10:00 | E-mail | Çapa göndər


Bu ilin oktyabrında Azərbaycan dövlət sərhədini pozduğuna görə 39 nəfər saxlanılıb. Onların 6 nəfəri Azərbaycan Respublikası, 8 nəfəri Özbəkistan, 6 nəfəri Tacikistan, 2 nəfəri İran İslam Respublikası, 2 nəfəri Pakistan, 1 nəfəri Rusiya, 1 nəfəri Moldova, 1 nəfəri Qırğızıstan, 1 nəfəri Şri-Lanka, 1 nəfəri Hindistan vətəndaşı olub.
 
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən bildirilib ki, sərhəd rejim pozucusu qismində 17 halda 38 nəfər saxlanılıb, barələrində müvafiq tədbirlər görülüb.
 
Dövlət sərhədindən keçid məntəqələrində rejim qaydalarını pozmağa görə 2168 nəfər -  ölkədən çıxışı qadağan olunduğuna görə 1158, ölkəyə girişi qadağan olunduğuna görə 117, vizası olmadığına görə 302, vizasının və pasportunun müddəti bitdiyinə görə 152, müvafiq sənədi olmadığına görə 95, ölkədə müddətdən artıq qaldığına görə 161, etibarnaməsi olmadığına görə 183 nəfər dövlət sərhədindən  buraxılmayıb.
 
Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan Respublikası hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 478 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib.
 
Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 1 kq 758,88 qram narkotik maddə aşkar edilərək götürülüb.
 
Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində ümumi dəyəri təqribən 269 min 310 min manat olan qaçaqmal, o cümlədən 2 ədəd tüfəng, 1 ədəd RQD-5 əl qumbarası,  2 ədəd qayıq, 1 ədəd xəncər, 35000 ABŞ dolları, 2190000  Rusiya rublu, 4769 qutu pirotexniki vasitə, 931 qutu siqaret, 131 ədəd mobil telefon, 3854 ədəd müxtəlif növ dərman preparatları, spirtli içkilər, sənaye və kənd təsərrüfatı malları saxlanılıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10491

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info