Festivalda Azərbaycan pavilyonu böyük marağa səbəb olub
Tarix: 21.11.2017 | Saat: 16:13:00 | E-mail | Çapa göndər


Çin Xalq Respublikasının paytaxtı Pekində “İpək Yolu qurman karnavalı” adlı qida festivalı keçirilib.
AZƏRTAC xəbər verir ki, İpək Yolu Şəhərləri və Beynəlxalq Qastronomiya alyanslarının təşkilatçılığı ilə keçirilən festivalda Azərbaycan da daxil olmaqla 14 ölkə, habelə onlarca yerli və xarici şirkət iştirak edib.
Azərbaycanın Çindəki səfirliyinin hazırladığı pavilyonda milli mədəniyyətimizi əks etdirən müxtəlif eksponatlar, o cümlədən ənənəvi geyim nümunələri, müxtəlif suvenirlər, əl işləri, Bakının tarixi və müasir memarlıq nümunələrinin fotoları, kitab və jurnallar nümayiş etdirilib. Milli mətbəximizin təamlarından olan yarpaq dolması, kükü, paxlava, Azərbaycan istehsalı olan şərab və kompotlar təqdim olunub.
Rəsmi açılış mərasimindən sonra tədbirin fəxri qonağı olan İtaliyanın keçmiş baş naziri Massimo D’Alema Azərbaycan pavilyonuna baş çəkib. Qonağa milli pavilyonda nümayiş etdirilən Azərbaycanın tarixi və mədəniyyətinə dair eksponatlar barədə məlumat verilib. Fəxri qonaq Azərbaycan istehsalı olan şərab və kompotun dadına baxıb və bəyəndiyini bildirib.
Qeyd edək ki, gün ərzində minlərcə yerli sakin və xarici qonaq, o cümlədən diplomatlar, Çinin qida sənayesi şirkətlərinin təmsilçiləri, Pekin sakinləri festivala qatılıb. Azərbaycan pavilyonu festival iştirakçılarının böyük marağına səbəb olub. Təsadüfü deyil ki, milli mətbəximizin təamlarını dadmaq istəyənlərin növbəsi yaranıb.
Çinin nüfuzlu kütləvi informasiya vasitələri, o cümlədən Sinxua agentliyinin, Çin Mərkəzi Televiziyasının (CCTV), Çin Beynəlxalq Radiosunun müxbirləri festival barədə hazırladıqları reportajlarda Azərbaycan pavilyonunda nümayiş olunan yemək və qidalar barədə məlumatları qeyd ediblər.
Tədbir çərçivəsində keçirilən forumda tarixi İpək yolunun müxtəlif ölkələrin mətbəx mədəniyyətinə təsiri, qida sənayesində innovasiyalar mövzularında məruzələr dinlənilib.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
İranda terror aktı: həlak olanların sayı 24 nəfərə çatıb
22.09.2018
Tereza Mey: “Brexit” barədə danışıqlar düyünə düşüb
22.09.2018
İranda terror aktı nəticəsində 11 nəfər həlak olub
22.09.2018
İranda hərbi parad zamanı terror aktı törədilib
22.09.2018
Estoniyada Müqavimət Günü qeyd edilir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info