“Mülki-hüquqi xarakterli müqavilələr əmək münasibətlərinin rəsmiləşdirilməsinə əsas vermir”
Tarix: 21.11.2017 | Saat: 16:35:00 | E-mail | Çapa göndər


Səlim Müslümov: “10 ayda işlə təmin edilənlərdən 15,9 min nəfərə yaxını, peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunanlardan 1,8 min nəfərdən çoxu və ya 57,4 faizi gənclər olub”

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) nümayəndələrindən ibarət Azərbaycan Respublikasında Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın növbəti iclası keçirilib.
İclasda Komissiyanın sədri, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Prezident İlham Əliyevin sosial-iqtisadi islahatlar proqramına uyğun olaraq, ölkəmizdə əmək bazarının inkişafına, əmək bazarı iştirakçılarının qanuni mənafelərinin müdafiəsi mexanizminin təkmilləşdirilməsinə yönələn tədbirlərin ildən-ilə gücləndirildiyini diqqətə çatdırıb: “Bu yöndə aparılan islahatlar, eləcə də qabaqcıl dünya təcrübəsindən irəli gələn yanaşmalar ölkəmizin əmək qanunvericiliyinin də təkmilləşdirilməsi zərurətini yaradır. Bununla əlaqədar Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişikliklər edilməsi məqsədilə qanun layihəsi hazırlanıb. Həmin dəyişikliklər Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin şərhlərinin nəzərə alınmasına, məcəllənin beynəlxalq sənədlərə uyğunlaşdırılmasına, sosial partnyorluğun inkişafına, əmək müqaviləsinə xitam verilməsinin əsasları və qaydasının, habelə imperativ və dispozitiv normaların dəqiqləşdirilməsinə, müəyyən boşluq və kolliziya ilə bağlı (o cümlədən “işəgötürən” və “müəssisə” anlayışları, əmək müqaviləsinə “xitam verilməsi” və ya əmək müqaviləsinin “ləğv edilməsi” ifadələri baxımından) təkmilləşdirmənin aparılmasına və s. yönəlib”.
Nazir bildirib ki, işçi və işəgötürənlər arasında əmək münasibətləri yalnız əmək müqaviləsi əsasında rəsmiləşdirilməlidir: “Mülki-hüquqi xarakterli müqavilələr isə əmək münasibətlərinin rəsmiləşdirilməsinə əsas vermir. Ona görə də Əmək Məcəlləsinə nəzərdə tutulan dəyişikliklərin məqsədlərindən biri də “əmək münasibətləri” anlayışının məcəllədə dəqiq ifadə olunması və əmək münasibətlərinin mülki-hüquqi xarakterli müqavilələrlə rəsmiləşdirilməsi hallarının qarşısının alınmasıdır”.
S.Müslümov iclasın gündəliyində dayanan məsələlərdən digərinin gənclərin subsidiyalı əsaslarla məşğulluğuna imkan yaradılmasına yönələn layihə ilə bağlı olduğunu diqqətə çatdırıb: “Nazirlik tərəfindən həyata keçirilən aktiv məşğulluq tədbirlərinin əsas məqsədləri sırasında gənclərin səmərəli məşğulluğunun təminatı mühüm yer tutur. Cari ilin 10 ayında da dövlət məşğulluq orqanları tərəfindən münasib işlə təmin edilənlərdən 15,9 min nəfərə yaxını və ya 36,3 faizi, peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunanlardan 1,8 min nəfərdən çoxu və ya 57,4 faizi gənclər olub. Gənclərin məşğulluğunun dəstəklənməsində yeni formatda aktiv məşğulluq tədbiri kimi, son illərdə Beynəlxalq Əmək Təşkilatı (BƏT) ilə birgə icra olunan “Təhsildən məşğulluğa: gənc, ali təhsilli, ilk dəfə iş axtaranlara dəstək” pilot layihəsi üzrə ölkəmizdə ilk dəfə iş axtaran bir qrup gəncin subsidiyalı əsaslarla müəyyən dövr üçün işə qəbulu həyata keçirilib. Nəticədə, layihə müddəti bitsə də, həmin gənclərin 90 faizi sonradan işəgötürən tərəfindən öz iş yerlərində saxlanılaraq daimi işlə təmin olunublar. Bu da belə layihələrin əhəmiyyətli olduğunu təsdiq edir. Ona görə də BƏT-lə əməkdaşlıqda həyata keçirilən “2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı” çərçivəsində “Gənclərin layiqli məşğulluq imkanlarının genişləndirilməsinə yönəlmiş pilot subsidiya proqramı”nın icrası planlaşdırılır. Bu günkü iclasda bu mövzuda da müzakirələrin aparılması nəzərdə tutulub”.
İclasda əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev BMT-nin 8-ci Davamlı İnkişaf Məqsədinin icrasına dair gələn il ölkəmizdə beynəlxalq konfransın təşkili məsələləri ilə bağlı məlumat verib və mövzuya dair müzakirələr aparılıb. Həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək siyasəti şöbəsinin müdir müavini Əbülfət Məhərrəmov “Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” qanun layihəsi barədə təqdimatla çıxış edib. Məcəlləyə nəzərdə tutulan dəyişikliklər komissiya üzvləri tərəfindən geniş müzakirə olunub, bir sıra təkliflər də səsləndirilib. Qanun layihəsindəki bəzi məqamların müzakirəsinin Komissiyanın növbəti iclasında davam etdirilməsi qərara alınıb.
Tədbir nazirliyin Məşğulluq siyasəti və demoqrafiya şöbəsinin müdiri Elnur Süleymanovun “Azərbaycan Respublikasının 2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı çərçivəsində həyata keçriləcək “Gənclərin layiqli məşğulluq imkanlarının genişləndirilməsinə yönəlmiş pilot subsidiya proqramı” barədə məlumat verməsi ilə davam edib. Gənclərin məşğulluğunun dəstəklənməsinə xidmət edən proqram Komissiya üzvləri tərəfindən müsbət dəyərləndirilib.
Daha sonra iclasda təşkilati məsələlərə baxılıb. Bildirilib ki, Azərbaycan Respublikası Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın əsasnaməsinə görə görə, Komissiyada təmsil olunan Tərəflərin rəhbərləri növbə ilə və ardıcıllıqla bir il müddətinə Komissiyanın sədri seçilir. Beləliklə, ardıcıllığa uyğun olaraq Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyev növbəti bir il üçün Azərbaycan Respublikasında Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın sədri, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək siyasəti şöbəsinin müdir müavini Əbülfət Məhərrəmov isə Komissiyada nazirliyin nümayəndəsi və əlaqələndirici şəxsi seçilib.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Aşıq Hüseyn Bozalqanlının “Xalxal səfəri” dastanı belə başlayır...
18.09.2018
Biləsuvar şəhərində 1176 şagird yerlik yeni ümumtəhsil məktəbi tikiləcək
18.09.2018
Məcburi köçkünlərin növbəti qəbulu keçirilib
18.09.2018
Rektor: “İnstitutumuzda dövlətin qayğı və təminatı ilə hər cür şərait yaradılıb”
18.09.2018
Ucqar dağ kəndlərindəki uşaqlara məktəb ləvazimatları verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info