“Türkiyə NATO ilə əlaqələri dayandırmağı düşünmür“
Tarix: 21.11.2017 | Saat: 18:16:00 | E-mail | Çapa göndər


“Türkiyə NATO ilə əlaqələrini pozmaq niyyətində deyil”.
 
APA-nın xəbərinə görə, bu sözləri Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın “France 24” telekanalına müsahibəsində deyib.
 
Türkiyənin 50 ildən çoxdur NATO-nun güclü bir mütəffiqi olduğunu söyləyən İ. Kalın bildirib ki, baş verən son hadisə diqqətlə araşdırılmalıdır: "Bu, qəbuledilməzdir. İndiyədək çoxlu sayda təlimə qatılmışıq. Bunu kim edib, fotoları oraya kim qoyub? İntizamlı bir hərbi sistemdə, ittifaqda belə bir şey necə ola bilər? Təbii ki, olay diqqətlə araşdırılmalı və təhqiqat aparılmalıdır".
 
İ. Kalın "Türkiyə NATO ilə əlaqələrini kəsməyi düşünürmü?" sualına "xeyr" cavabını verib. "Hələ də NATO-nun sağlam və açıq müttəfiqisinizmi?" sualına isə sözçünün cavabı belə olub: "Bəli. NATO-nun önəmli bir müttəfiqiyik".
 
Xatırladaq ki, bir gün əvvəl Türkiyə prezidentinin mədəniyyət məsələləri üzrə müşaviri Yalçın Topçu NATO ilə münasibətlərə yenidən baxılmasının zəruriliyini bildirmişdi. Onun fikrincə, NATO öz üzvlərinə düşməncəsinə yanaşan bir təşkilatdır.
 
Xatırladaq ki, NATO-nun Norveçdə keçirilən təlimi zamanı Türkiyə Cümhuriyyətinin qurucusu Atatürkün fotosu "düşmən liderlər"in arasında göstərilib. Kompüter simuilyasiyasında isə R. T. Ərdoğan "düşmən liderlərə yardım edən lider" qeyd olunub. Olaydan sonra bu əməllərə yol verən şəxslərlə əməkdaşlığı dayandırıb, Türkiyədən həm şifahi, həm də yazılı şəkildə üzr istəyib.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Vyetnam Prezidentinin ölüm səbəbi açıqlanıb
21.09.2018
Hindistan İran neftini rupi ilə alacaq
21.09.2018
ABŞ-ın Merilend ştatında silahlı insident nəticəsində azı üç nəfər ölüb
20.09.2018
ABŞ-ın Merilend ştatında silahlı insident baş verib
20.09.2018
“ABŞ-ın tarixində “ən böyük səhv” Yaxın Şərqə qoşun yeritməkdir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info