Uşak Universitetində Molla Pənah Vaqifin yubileyi qeyd olunub
Tarix: 21.11.2017 | Saat: 18:31:00 | E-mail | Çapa göndər


Türkiyənin Uşak Universitetində (UU) XVIII əsr Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, ictimai və siyasi xadim Molla Pənah Vaqifin 300 illik yubileyinə həsr olunan mərasim və onun haqqında yazılan kitabların təqdimatı keçirilib.
Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) qərarı ilə 2017-ci ilin “Molla Pənah Vaqif İli” elan olması çərçivəsində UU və TÜRKSOY-un birgə təşkilatçılığı ilə reallaşan mərasimdə rəsmi şəxslər, yerli ictimaiyyətin görkəmli nümayəndələri, azərbaycanlı tələbələr, QHT və KİV təmsilçiləri iştirak ediblər.
Uşak Universitetinin rektoru, professor Sayın Dalqıran, Azərbaycanın TÜRKSOY-dakı rəsmi təmsilçisi Elçin Qafarlı və başqaları Molla Pənah Vaqifin həyat və yaradıcılığından danışıblar.
Çıxışçılar Molla Pənah Vaqif yaradıcılığının bənzərsizliyi, şeirlərinin fəlsəfi quruluşu, yazı dilindəki rəvanlıq, onun siyasi və dövlət işlərindəki tarixi fəaliyyəti barədə geniş məlumat verib.
Diqqətə çatdırılıb ki, ümummilli lider Heydər Əliyev siyasi hakimiyyətinin bütün dövrlərində tarixi şəxsiyyətlərin, o cümlədən görkəmli ədəbiyyatçıların dünyada tanıdılmasına və adlarının əbədiləşdirilməsinə böyük diqqət göstərilib. Bu siyasət Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Molla Pənah Vaqifin 300 illik yubileyinin qeyd olunması barədə məlum Prezident Sərəncamı əsasında görülən işlər buna bariz nümunədir. TÜRKSOY-un qərarı ilə 2017-ci ilin “Molla Pənah Vaqif İli” elan olunması və əsərlərinin dünya dillərinə tərcümə edilməsi Vaqif şəxsiyyətinin tərənnüm edilməsinə və gənc nəsillərə tanıdılmasına böyük bir töhfədir. Sonra Molla Pənah Vaqifin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunub. Mərasim bədii proqramla davam edib. Molla Pənah Vaqifə həsr olunan əsərlər iştirakçılara paylanıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Ermənistanda cinayətlərin sayı artır
17.11.2018
“Küçə demokratiyasının qaydaları böyük siyasətdə qəbul edilə bilməz”
17.11.2018
Viqen Sarkisyan: “Ötən aylar Ermənistanın xarici siyasəti ilə bağlı narahatlıqlar yaradır“
16.11.2018
«Rosbalt»: «Ermənistandan güclü şantaj və oğurluq qoxusu gəlir»
15.11.2018
Makron: “ABŞ-ın müttəfiqi olmaq vassal dövlət olmaq demək deyil”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info