İslahatların tətbiqi uğurla həyata keçirilir
Tarix: 21.11.2017 | Saat: 18:37:00 | E-mail | Çapa göndər


“Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritəsi” ilə əlaqədar hazırlanmış sənədlər toplusu QHT-lərin iştirakı ilə geniş müzakirə edilib. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən həmin sənədlər toplusunun öyrənilməsi və təkliflərin verilməsi ilə bağlı Ekspertlər Qrupu yaradılıb.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM), Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə birlikdə “Azərbaycanda iqtisadi islahatlar: vətəndaş cəmiyyətinin rolu” mövzusunda keçirilən "dəyirmi masa"da şura katibliyinin icraçı direktoru Fərasət Qurbanov deyib.
Fərasət Qurbanov bildirib ki, qrup məhsuldar işləyərək, iqtisadiyyatın müxtəlif sahələri üzrə təkliflər hazırlayaraq İİTKM-ə təqdim edib. O qeyd edib ki, bu təkliflərin xeyli hissəsi “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritəsi”nin hazırlanmasında nəzərə alınıb.
Bu gün bu Yol Xəritəsində nəzərdə tutulan islahatların tətbiqinin uğurla həyata keçirildiyini vurğulayan F.Qurbanov QHT-lərin sözügedən sənəddə əksini tapan məsələlərin həyata keçirilməsində yaxından iştirakının vacib olduğunu qeyd edib.
Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, Azərbaycanda islahatların ən böyük uğuru onun dönməz xarakter almasındadır. "Çünki təkcə dövlət qurumları deyil, cəmiyyətin bütün təbəqələri islahat prosesinin bütün həlqələrinə - hazırlanma, icra, monitorinq və kommunikasiyaya yaxından cəlb olunublar. Hazırda neftin qiyməti hətta büdcə proqnozunda nəzərdə tutulduğundan 50 faizdən də çox baha olmasına baxmayaraq, iqtisadi islahatlar kursu dönməz, davamlı və sistemli xarakter daşıyır. Aşağı neft qiymətlərinə immunitet qazanmış milli iqtisadiyyat islahatların hesabına qeyri-neft sektoru üzrə ixrac həcmini 1/4-ə qədər artırıb, qlobal rəqabətlilik və "Doing Business" reytinqlərində çətin rəqiblər geridə buraxılır",- deyə Vüsal Qasımlı vurğulayıb.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
22.03.2019
Birinci qrup əlilliyə görə əmək pensiyası alanlara gələn aydan Prezident təqaüdü veriləcək
20.03.2019
Tovuzda şəhid ailələrinə bayram sovqatı paylanıb
19.03.2019
Məcburi köçkün qəsəbələrində Novruz şənlikləri keçirilib
19.03.2019
Qaradağda bayram münasibəti ilə aztəminatlı ailələrə yardım edilib
18.03.2019
Müharibə əlilləri və onlara bərabər tutulanlar üçün bu il əlavə 400-dən çox avtomobil alınıb veriləcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
5 Prezident və xanımı Bakıda Novruz şənliyində


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info