“Ağ şəhər“də müasir İKT tətbiq olunacaq
Tarix: 15.05.2013 | Saat: 22:16:00 | E-mail | Çapa göndər


“Bakı Ağ şəhər” layihəsi hazırda paytaxtımızda görülən quruculuq işlərinin mühüm tərkib hissəsidir.
Burada bütün infrastruktur sahələri kimi, yüksəksəviyyəli informasiya və kommunikasiya texnologiyaları (İKT) tətbiq ediləcək. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən bildiriblər ki, ərazidə ilkin işlərə başlanılıb. Burada telefon rabitəsi ilə yanaşı, hər bir mənzil 100 meqabit saniyə internetlə təmin olunacaq. Yaşayış və biznes zonaları arasında bütün arabağlantılar optik kabellərin üzərindən aparılacaq. Burada, eyni zamanda, “Rabitə evi” də inşa olunacaq. Ərazidə yüksəksəviyyəli telekommunikasiya və multimedia xidmətləri ilə yanaşı, poçt rabitəsi xidmətləri də göstəriləcək. Qeyd edək ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi «2013-2015-ci illərdə dövlət orqanlarında elektron xidmətlərin genişləndirilməsi və «elektron hökumət»in inkişafına dair Dövlət Proqramı»nın layihəsini Nazirlər Kabinetinə təqdim edib. Yeni proqramda dövlət elektron xidmətlərinin mobil versiyalarının hazırlanması və təqdim edilməsi, dövlət orqanları tərəfindən daha çox interaktiv xidmətlərin göstərilməsi, «ASAN xidmət» mərkəzlərinin vətəndaşları ən çox maraqlandıran xidmətlər siyahısını təqdim etməsi və bu siyahıya uyğun olaraq interaktiv xidmətlərin hazırlanması məsələləri öz əksini tapıb.




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Azərbaycan nefti bahalaşıb
13.11.2018
İpək məhsullarının ixrac potensialı
13.11.2018
Mətbuat milli maraqları müdafiə edir
13.11.2018
Ölkə üzrə pambıq tədarükü 210 min tona yaxınlaşıb
13.11.2018
AYİB-in maliyyə dəstəyi ilə Azərbaycanın özəl sektorunda 157 layihə reallaşdırılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info