“Brüsseldə keçirilən Qarabağ forumu dünyaya mesajdır”
Tarix: 21.11.2017 | Saat: 19:41:00 | E-mail | Çapa göndər


“Müasir beynəlxalq aləmdə təhlükəsizliyə və sabitliyə yönəlmiş təhdidlər son dövrlərdə kifayət qədər artıb”. Bu fikri Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədr müşaviri Ramin Osmanov bildirib. O qeyd edib ki, ölkəmiz keçən əsrin 90-cı illərindən bəri Dağlıq Qarabağda erməni təcavüzkarlarının separatçı hərəkatına və etnik təmizləmə siyasətinə məruz qalıb: “Çox təəssüflər olsun ki, həmin dövrdə Beynəlxalq təşkilatlar və dünyanın bir sıra nüfuzlu dövlətləri ölkəmizə qarşı bu təhdid və separatizmin qarşısını almaq üçün lazımi tədbirlər həyata keçirməmiş, ikili standart mövqeyi sərgiləmişlər. Bu gün vəziyyət tamamilə dəyişib. Azərbaycan Prezidenti cənab İlham Əliyevin yürütdüyü xarici siyasət strategiyasının nəticəsi olaraq regionda və dünyada qazandığımız nüfuzlu mövqe sayəsində dövlətimiz öz həqiqətlərini dünyaya çatdırmaq iqtidarındadır. Bunun bariz nümunəsi kimi bu gün Brüsseldə, Avropanın siyasi mərkəzində "separatizmin beynəlxalq sülhə və təhlükəsizliyə yaratdığı təhdidlər" adlı "Qarabağ" forumunun keçirilməsini göstərə bilərik. Tanınmış siyasətçilərin, ictimai xadimlərin, Media qurumlarının rəhbərlərinin, diaspor təşkilatlarının rəhbərlərinin iştirak etdiyi bu beynəlxalq forumun Azərbaycanın təşəbbüsü ilə keçirilməsi bir daha onu göstərir ki, Azərbaycanın doğru yolda inamla irəliləyir və haqq davasını dünyaya yaymaqda davam edir. Azərbaycanı Forumda təmsil edən, Prezidentin İctimai və Siyasi məsələlər üzrə köməçisi Əli Həsənov cıxışında bildirib ki, müasir dövrdə dünyada etnik separatizm meyillərinin güclənməsi regional və beynəlxalq təhlükəsizliyin təmin olunmasına, bəşəriyyətin sülh və əmin-amanlıq şəraitində yaşamasına mənfi təsir göstərən mühüm amillərdən biridir. Cənab Həsənov təəssüflə qeyd edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi kimi hələ də həllini tapmamış problemlər Azərbaycanın Aİ ilə yüksək səviyyədə tərəfdaşlıq münasibətlərinin inkişaf etməsinə maneçilik törədir. Prezidentin köməkçisinin bu çıxışı separatçı və təcavüzkar erməni siyasətçilərinə və onların havadarlarına istiqamətlənmiş ciddi mesajdır. Forum ölkələrin ərazi bütövlüyünün regional və qlobal səviyyədə pozulması halları, separatizm nəticəsində yaranmış münaqişələrin və separatçı meyllərin aradan qaldırılması istiqamətində faydalı nəticələrə gətirib çıxara bilər”.

Fuad




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
“Bakcell” “Karyerada ilk addım” devizi altında keçirilən aktiv məşğulluq tədbirinə qoşuldu
26.09.2018
Qızılağac Milli Parkı yaradılır
26.09.2018
“Gömrük islahatları və modernləşdirmə“ mövzusunda təlim davam edir
26.09.2018
Naxçıvanda vakant həkim yerləri üzrə əmək yarmarkası təşkil olunub
26.09.2018
Oktyabrda Azərbaycanda ilk dəfə beynəlxalq “İnnovasiyalar həftəsi“ keçiriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10147

1 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
2 Yalnızlıq qorxusu
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info