Növbəti hərracda 18 dövlət əmlakı özəlləşdirilib
Tarix: 21.11.2017 | Saat: 19:43:00 | E-mail | Çapa göndər


Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin səmərəliliyinin artırılması məqsədilə açıq hərracların keçirilməsi davam etdirilir.
Komitədən AZƏRTAC-a bildirilib ki, noyabrın 21-də keçirilən növbəti hərracda 18 dövlət əmlakı özəlləşdirilib. Bunlardan 5-i kiçik dövlət müəssisəsi, 12-si istifadəsiz qeyri-yaşayış sahəsi, 1-i isə yarımtikilidir. Bakı şəhəri üzrə 1 kiçik dövlət müəssisəsi və 10 istifadəsiz qeyri-yaşayış sahəsi, respublikanın digər şəhər və rayonları üzrə 4 kiçik dövlət müəssisəsi, 2 istifadəsiz qeyri-yaşayış sahəsi, 1 yarımtikili özəlləşdirilib.
Özəlləşdirilən kiçik dövlət müəssisələrindən 1-i Bakının Nəsimi rayonunda, 2-si Yardımlı rayonunda, digərləri isə Gəncə və Şəmkirdə yerləşir. Hərracda sahibini tapan əmlaklar xidmət, səhiyyə, iaşə sahəsinə aid olub.
Xidmət sahəsində əlverişli olan kiçik dövlət müəssisəsi kimi Gəncə şəhərində yerləşən 40 saylı yeməkxananı qeyd etmək olar. Həmin əmlakın ümumi faydalı sahəsi 240 kvadratmetrə yaxın, torpaq sahəsi isə 870 kvadratmetrdən çoxdur. Qeyd edək ki, əmlak torpaq sahəsi ilə birgə özəlləşdirilib.
Bundan başqa prosesdə özəlləşdirilən Respublika Təsərrüfathesablı Poliklinikası da səhiyyə sahəsində sahibi üçün qazanclı obyekt hesab olunur. Bu əmlak paytaxtın Nəsimi rayonunda yerləşir.
Eyni zamanda, Şəmkir şəhərində yerləşən Ayaqqabı təmiri sexi də xidmət sahəsində gəlirlidir.
Hərraca çıxarılan bir sıra əmlaklar torpaq sahəsi ilə birgə özəlləşdirilib. Torpaq sahəsi ilə birgə özəlləşən əmlaklar, hərracda cəlbediciliyini yüksəltməklə daha çox investor marağını artırır.
Qeyd edək ki, hərracda özəlləşdirilən qeyri-yaşayış sahələrinin 10-u paytaxtda, 2-si isə regionda yerləşir. Paytaxtda özəlləşdirilən qeyri-yaşayış obyektlərindən 3-ü Suraxanıda, 2-si müvafiq olaraq Nərimanov və Nəsimi, digərləri isə Yasamal, Xətai, Nizami rayonlarındadır. Bölgələrdə özəlləşdirilən qeyri-yaşayış sahəsi isə Daşkəsən və Beyləqan rayonlarında yerləşir. Özəlləşdirilən əmlakların sahəsi 13 kvadratmetr ilə 145 kvadratmetr arasında dəyişir.
Hərracda özəlləşdirilən əmlaklar sırasında daha az investisiya tələb edən əmlaklar da olub. Bunlardan biri paytaxtın Suraxanı rayonunda yerləşən sahəsi 14 kvadratmetrə yaxın olan qeyri-yaşayış sahəsidir.
Prosesdə Şirə sexinin yarımçıq tikilisi də özəlləşdirilib. Bu əmlak Cəlilabad rayonunda yerləşir.
Hərrac zamanı səhmdar cəmiyyətlərin səhm paketləri də özəlləşdirilir. Səhmdar cəmiyyətlərin sırasında pambıqçılıq, quşçuluq, kəndkimya, nəqliyyat, inşaat, təmir, ticarət, istehsal, emal və sair sahələrə aid müəssisələr var.
Keçirilən hərracların nəticələri ilə tanış olmaq üçün
http://www.emdk.gov.az/index.php/az/m%C3%BCsabiq%C9%99-v%C9%99-h%C9%99rraclar/n%C9%99tic%C9%99l%C9%99r  linkindən istifadə etmək kifayətdir.
Qeyd edək ki, hərracların keçirilmə üsullarının sadələşdirilməsi, prosesə daha optimal yanaşmaların tətbiqi, şəffaflığın təmin olunması investorlarda marağın artmasına şərait yaradıb. İnvestorların hərraclara internet vasitəsilə onlayn şəkildə qatılmaq imkanları artıq öz nəticəsini verir. Hərracda qalib şəxslərdən bəziləri onlayn rejimdə qatılan sifarişçilər olur.
Hərracda iştirak üçün komitənin elektron xidməti (www.e-emdk.gov.az) üzərindən sifariş vermək və əmlakın hərracdakı satış qiymətinin 10 faizi məbləğində behi bank vasitəsilə ödəmək kifayətdir. Hərraca çıxarılmış hər bir səhmdar cəmiyyəti müəssisə və obyekt, eləcə də nəqliyyat vasitəsinin mövcud vəziyyətini göstərən foto və mətn məlumatları “Özəlləşdirmə portalı”nda (privatization.az) əks olunur. Hərraclar barədə həftəlik elanlar isə həm “Mülkiyyət” qəzetində dərc olunur, həm də komitənin rəsmi saytında və “Özəlləşdirmə portalı”nda yerləşdirilir.
Dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərrac noyabrın 28-də keçiriləcək.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür
13.11.2018
Bütün pensiyalar artırılacaq
12.11.2018
Daha 4 vərəsəyə sığorta ödənişi aldıqlarına dair sənədlər təqdim edilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info