Nizami rayon Məşğulluq Mərkəzi 924 nəfəri işlə təmin edib
Tarix: 21.11.2017 | Saat: 19:44:00 | E-mail | Çapa göndər


Yeni Azərbaycan Partiyası Nizami rayon şöbəsinin qərargahında işəgötürənlərin nümayəndələrinin iştirakı ilə keçirilən “dəyirmi masa” müasir mərhələdə dövlət məşğulluq siyasətinin gücləndirilməsi, bu sahədə mövcud olan problemlərin həlli və əhalinin səmərəli məşğulluğun təmin edilməsi mövzusuna həsr edilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Nizami rayon Məşğulluq Mərkəzinin təşkil etdiyi tədbirdə mərkəzin direktoru İlqar Şıxəliyev rayonda işsiz və işaxtaran şəxslərin məşğulluğunun təmin edilməsi istiqamətində işəgötürənlərlə birgə məqsədyönlü işlərin aparıldığını söyləyib. Onun verdiyi məlumata görə, bu ilin yanvar-oktyabr aylarında rayon Məşğulluq Mərkəzi 924 nəfəri mühasib işlə təmin edib. Onlardan 56 nəfər sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar olub. Həmçinin mərkəz 84 nəfəri əmək bazarının tələblərinə uyğun peşələr üzrə hazırlıq və əlavə təhsil kurslarına cəlb edib. İşəgötürənlərin tələblərinə uyğun düzgün peşə və ixtisas seçimi etmələrinin dəstəkləməsi üçün mərkəz tərəfindən təşkil olunan peşəyönümü tədbirlərinə 581 nəfərə yaxın gənc cəlb olunub və onlara peşəyönümü məsləhətləri verilib.
Əhalinin səmərəli məşğulluğu təmin edilməsi sahəsində tədbirlərin gücləndirilməsi üçün işəgötürənlərlə birgə qarşıda duran vəzifələr ətraflı müzakirə edilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Səyyar ASAN xidmət davam edir
24.09.2018
Leyla Əliyeva “Beynəlxalq Sülh Günü”nə həsr olunmuş tədbirə qatılıb
23.09.2018
Səkkiz ayda hər bir sakin 554,5 manatlıq ödənişli xidmətlərdən istifadə edib
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info