Qusarda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün tikilən evlər tezliklə təhvil veriləcək
Tarix: 21.11.2017 | Saat: 20:05:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Qusar rayonunda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün tikilən evlər bu ilin sonunadək sahiblərinə təhvil veriləcək.
Rayon mərkəzində tikilən iki fərdi evdə son tamamlama işləri aparılır. Birmərtəbəli iki otaqdan ibarət evlər üçün dörd sot həyətyanı sahə ayrılıb. Mənzillərin tikintisi yekunlaşdıqdan sonra su, qaz, istilik sistemi ilə təmin ediləcək və həyətyanı sahələrdə abadlıq işləri aparılacaq.
1992-ci ildə Qarabağ müharibəsində şəhid olan Mehman Həsrətovun atası Dövlətxan Həsrətov bu kateqoriyadan olan şəxslərə göstərilən dövlət qayğısından razılığını bildirib: “Mən evin tikilməsi üçün müraciət etmişdim. Növbəm çatdı və mənim üçün də ev tikilir. Tezliklə evim hazır olacaq və ailəmlə birlikdə burada yaşayacağıq. Oğlum Vətən uğrunda döyüşərək şəhidlik zirvəsinə ucalıb. Şəhid ailələrinə, eləcə də döyüşlərdə sağlamlığını itirən şəxslərə dövlətimiz tərəfindən böyük diqqət və qayğı göstərilir.”
Tikintisinə bu ilin sentyabr ayından başlanılan evlərin yeni ilədək istifadəyə verilməsi nəzərdə tutulur.
Son illərdə Qusar rayonunda Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə bir 16 mənzilli bina, eləcə də 5 fərdi ev tikilərək istifadəyə verilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Lənkəranda keçirilən humanitar aksiyada 130 nəfər könüllü qan verib
19.09.2018
Uşaqlar üçün yardım Mərkəzi tərəfindən 113 nəfərə müxtəlif növ yardım göstərilib
19.09.2018
Neftçilərə yeni mənzillərin orderləri təqdim edilib
19.09.2018
Astarada keçirilən əmək yarmarkasında 45 nəfərə göndəriş vərəqəsi verilib
18.09.2018
Aşıq Hüseyn Bozalqanlının “Xalxal səfəri” dastanı belə başlayır...

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info