“Məzun evi”nin sakinləri IDEA İctimai Birliyinin təşəbbüsünə qoşulublar
Tarix: 21.11.2017 | Saat: 20:05:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun “Məzun evi” Sosial Müəssisəsinin (Abşeron rayonu, Masazır kəndi) sakinləri də IDEA İctimai Birliyinin təşəbbüsü ilə “Hərəmiz bir ağac əkək” devizi altında keçirilən yaşıllaşdırma aksiyasına qoşulublar. 
Burada yaşayan sakinlər tərəfindən yaşadıqları “Məzun evi” Sosial Müəssisəsinin ərazisində 100-dən çox ağac və gül kolu əkilib. 
Dövlət uşaq müəssisələrinin məzunu olan, hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum gənclər üçün “Məzun evi” Sosial Müəssisəsinin yaradılması, burada yeni inşa olunmuş yaşayış binalarında onların mənzillə təmin olunması Azərbaycan Prezidenti cənab İlham Əliyevin bu təbəqədən olan gənclərə xüsusi qayğısının, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın humanist təşəbbüsünün nəticəsidir. Buradakı iki yaşayış binasında 206 nəfər gənc yeni mənzillə təmin edilib. Onların bir hissəsi buraya köçürüldükdən sonra ailə qurub və indi həmin ailələrdə 70 nəfərdən çox uşaq böyüyür. Ümumilikdə gənclərin ailə üzvləri ilə birgə burada 400 nəfərdən çox insan yaşayır. 
Hazırda “Məzun evi” Sosial Müəssisəsi üçün daha bir 120 mənzilli yaşayış binası da inşa olunur və binada uşaq bağçasının, binanın ətrafında məzunlar üçün idman kompleksinin də olması, habelə müəssisənin ərazisində məktəbin tikilməsi də nəzərdə tutulub. Burada yaşayan gənclərin məşğulluğunun təminatı yönündə də müvafiq işlər aparılır və onlardan artıq böyük əksəriyyəti daimi iş yerləri ilə təmin olunublar. 
“Məzun evi”nin sakinləri yaşıllaşdırma aksiyasına qoşulmaqdan, ətraf mühitin sağlamlaşdırılmasına və ekoloji vəziyyətin yaxşılaşdırılmasına yönələn bu aksiyada iştirak etməkdən məmnun olduqlarını bildiriblər. Onlar mənzillə təmin edildikləri bu müəssisəyə doğma evləri kimi yanaşdıqlarını, müəssisənin ərazisində əkdikləri ağaclara və gül kollarına daim qulluq edəcəklərini, bundan sonra da ətrafda yeni yaşıllıqların salınmasına çalışacaqlarını vurğulayıblar.
Tural




 
Bölməyə aid digər xəbərlər
23.08.2019
Türkiyədə xatirə Azərbaycan pulu buraxıldı
23.08.2019
“Hər bir valideyn övladının psixoloqu olmalıdır”
23.08.2019
Dünya azərbaycanlıları Türkiyədə bir araya gələcək
23.08.2019
“Kənd təsərrüfatının inkişafında kooperasiyalaşma mühüm rol oynamaqdadır”
23.08.2019
Bakı-Sabunçu dəmiryol marşrutu dəyişdirilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10870

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info