Merkel Bundestaqa yeni seçkilərin keçirilməsinə tərəfdardır
Tarix: 22.11.2017 | Saat: 00:10:00 | E-mail | Çapa göndər


Almaniya kansleri Angela Merkel bundestaqa yeni seçkilərin keçirilməsini istəyir. Angela Merkel bunu ARD telekanalına müsahibəsində bildirib. Bir qədər əvvəl Almaniyanın Azad Demokratik partiyası kanslerin XDİ/XSİ bloku və “Yaşıllarla” koalisiya qurmaq (“Yamayka” koalisiyası) barədə bir neçə həftə davam edən danışıqlardan çıxıb. Bununla yanaşı, “Almaniya üçün alternativ” partiyası Merkeli istefaya çağırıb. İstefa təklifini rədd edən kabinetin başçısı azlıq hökumətinə skeptik yanaşdığını qeyd edib və onun əvəzinə yeni seçkilərin keçirilməsini məqbul saydığını bildirib. Eyni zamanda, Merkel ZDF telekanalına müsahibəsində sentyabrın 24-də keçirilən seçkilərin nəticəsi üzrə yeni hökumətin formalaşdırılması məsələsində danışıqlara hazır olduğunu bildirib. “Bu gün səsləndirilən bəyanatlar belə fikir yaradır ki, sosial-demokratlar əvvəlki kimi məsuliyyəti öz üzərlərinə götürmək istəmirlər. Lakin bu məsələni onlar özləri həll etməlidir. Mən isə danışıqlara hazıram”, - deyə o qeyd edib. Danışıqlar uğurla başa çatsa “Yamayka” bundestaqda 709 mandatın 393-nə (55 faizinə) sahib olacaqdı, lakin liberallar bundan imtina etdikdən sonra qalan danışıq üzvləri çoxluğa nail olmayaraq cəmi 44 faiz mandata ümid edə bilərlər. Sosial-demokrat partiyasının (ASDP) Xristian-demokratik və Xristian-sosialist ittifaqı bloku (XDİ/XSİ) ilə “böyük koalisiyada” iştirakdan boyun qaçırması 399 mandatlıq (56 faiz) çoxluq hökumətini qurmağa imkan verən daha bir variantın da üstündən xətt çəkib. Xatırladaq ki, Xristian-demokratik və Xristian-sosialist ittifaqı bloku (XDİ/XSİ), Azad demokratik partiya və “yaşıllar” arasında koalisiya hökumətinin qurulması üzrə bir aydan çox davam edən danışıqlar nəticəsiz başa çatıb. Tərəflər gündəliyin əsas məsələləri üzrə razılığa gələ bilməyiblər. Bununla yanaşı, Almaniya sosial-demokrat partiyasının (ASDP) idarə heyəti noyabrın 20-də Angela Merkelin mühafizəkar bloku ilə koalisiya qurmaq üçün danışıqlar aparmayacağı barədə qərarını açıqlayıb. Bununla da vəziyyət siyasi böhran həddinə çatıb.




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Düşmənlər İranda vəziyyəti gərginləşdirə bilməyəcəklər
22.09.2018
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TEKNOFEST festivalına qatılıb
22.09.2018
İranda terror aktı: həlak olanların sayı 24 nəfərə çatıb
22.09.2018
Tereza Mey: “Brexit” barədə danışıqlar düyünə düşüb
22.09.2018
İranda terror aktı nəticəsində 11 nəfər həlak olub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info