İqtisadi islahatlarda vətəndaş cəmiyyətinin rolu müzakirə olunub
Tarix: 22.11.2017 | Saat: 00:21:00 | E-mail | Çapa göndər


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM), Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə birlikdə “Azərbaycanda iqtisadi islahatlar: vətəndaş cəmiyyətinin rolu” mövzusunda dəyirmi masa keçirib.Şura katibliyinin icraçı direktoru Fərasət Qurbanov “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritəsi” ilə əlaqədar hazırlanmış sənədlər toplusunun 2016-cı il iyulun 27-də QHT-lərin iştirakı ilə geniş müzakirə edildiyini bildirib. Diqqətə çatdırılıb ki, şura tərəfindən həmin sənədlər toplusunun öyrənilməsi və təkliflərin verilməsi ilə bağlı ekspertlər qrupu yaradılıb. Qrup məhsuldar işləyərək iqtisadiyyatın müxtəlif sahələri üzrə təkliflər hazırlayıb və İİTKM-ə təqdim edib. F.Qurbanov qeyd edib ki, bu təkliflərin xeyli hissəsi “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritəsi”nin hazırlanmasında nəzərə alınıb. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı “Azərbaycan Respublikasında yeni iqtisadi model quruculuğu” mövzusunda çıxış edib. O deyib ki, Azərbaycanda islahatların ən böyük uğuru onun dönməz xarakter almasındadır. Çünki təkcə dövlət qurumları deyil, cəmiyyətin bütün təbəqələri islahat prosesinin bütün həlqələrinə - hazırlanma, icra, monitorinq və kommunikasiyaya yaxından cəlb olunublar. Hazırda neftin qiyməti hətta büdcə proqnozunda nəzərdə tutulduğundan 50 faizdən də çox baha olmasına baxmayaraq, iqtisadi islahatlar kursu dönməz, davamlı və sistemli xarakter daşıyır. Aşağı neft qiymətlərinə immunitet qazanmış milli iqtisadiyyat islahatların hesabına qeyri-neft sektoru üzrə ixrac həcmini 1/4-ə qədər artırıb, qlobal rəqabətlilik və "Doing Business" reytinqlərində çətin rəqiblər geridə buraxılır. Vüsal Qasımlı əlavə edib ki, islahatlar nöqtəvi olmaqla əsas çağırışları hədəf alır: “İslahatlar iqtisadiyyatın drayverinə çevrilib. 2018-ci ildə iqtisadi artımın bərpası yeni iqtisadi tsiklin başlanğıcı deməkdir. İndi əsas məsələ iqtisadi artım tempinin yüksək həddinə nail olmaq və davamlılığı təmin etməkdən ibarətdir. Bunun üçün rəqabət mühitinin daha da yaxşılaşdırılması, institusional və struktur islahatlarının davam etdirilməsi, təşviq mexanizminin gücləndirilməsi və maliyyə-bank sektorunda böhrandan çıxmaq üçün əldə olunmuş ilkin nəticələri möhkəmləndirmək lazımdır. İqtisadi islahatların ölkədə reallaşdırılan infrastruktur layihələri ilə sinerji təşkil etməsi dayanıqlı inkişaf üçün şərtdir”. Görüşdə müxtəlif mövzularda məruzə ilə çıxışlar olub. Sonra isə vətəndaş cəmiyyəti institutlarının nümayəndələrini maraqlandıran suallar cavablandırılıb. Tədbir iştirakçıları aparılan islahatlar prosesinin davamlılığı ilə maraqlanıblar. Bildirilib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu sosial-iqtisadi siyasətə uyğun olaraq islahat prosesi davamlı xarakter daşıyır. Nəticədə yaranan inkişaf və dinamika özünü qeyri-neft ixracında aydın şəkildə büruzə verir. Ölkəmizdə həyata keçirilən iqtisadi islahatlar nəticəsində 2017-ci ilin 10 ayı ərzində qeyri-neft sektoru üzrə ixracda ciddi artım baş verib. Eyni zamanda mövsümü amillərdən dolayı payızda ixracın strukturunda da dəyişiklik olub. Müzakirələrdə vurğulanıb ki, vətəndaş cəmiyyəti institutlarının islahat prosesində yaxından iştirak etməsi üçün imkanlar yaradılıb. Strateji Yol xəritələrinin monitorinq və qiymətləndirmə nəticələri ilə bağlı açıq ictimai müzakirələrinin təşkil olunması islahat prosesində vətəndaş iştirakçılığının təmin edilməsi və açıq hökumət prinsiplərinə uyğundur. Vətəndaş cəmiyyəti institutlarının İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilə birlikdə islahatlar barədə maarifləndirmənin artırılması istiqamətində fəaliyyət göstərməsi üçün geniş imkanlar var. Sonda qeyd olunub ki, “Azərbaycanda iqtisadi islahatlar: vətəndaş cəmiyyətinin rolu” mövzusunda aparılan müzakirələr islahatlar prosesinə öz töhfəsini verəcək.
Anar




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
Dövlət Gömrük Komitəsi növbəti mediatur təşkil edib
22.02.2019
Naxçıvanda yeni Günəş Elektrik Stansiyası istifadəyə verilib
22.02.2019
Azərbaycanın turizm imkanları Moskvada təqdim olunub
22.02.2019
“Xocalıya ədalət“: İsraildə soyqırımı qurbanlarının anım günü keçirilib
22.02.2019
“KOB Dostu” artıq Abşeronda

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10611

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
3 ABŞ-da atışma: xəsarət alanlar var
4 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
5 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info