“Beşiktaş“ klubu tarixində ilk dəfə UEFA Çempionlar Liqasının səkkizdəbir finalına yüksəlib
Tarix: 22.11.2017 | Saat: 05:12:00 | E-mail | Çapa göndər


İstanbulun "Beşiktaş" klubu tarixində ilk dəfə UEFA Çempionlar Liqasının səkkizdəbir finalına yüksəlib.
AZƏRTAC xəbər verir ki, Avropanın ən nüfuzlu klub turnirinin qrup mərhələsində keçirdiyi beşinci matçda doğma meydanda "Portu" ilə 1:1 hesabı ilə heç-heçə edən istanbullular xallarının sayını 11-ə çatdıraraq "G" qrupunda liderliklərini rəsmiləşdiriblər.
Matçın 29-cu dəqiqəsində "Portu" Felipenin qolu ilə hesabda irəli çıxıb. Lakin ilk hissənin sonuna yaxın "Beşiktaş"ın heyətində Taliska hesabı bərabərləşdirib - 1:1.
Beləliklə, qrupda üç qələbə və iki heç-heçə edən "Beşiktaş" UEFA Çempionlar Liqasında öz qrupunda lider olan ilk türk klubu adını qazanıb.
İstanbul təmsilçisi qrup mərhələsinin sonuncu turunda səfərdə "Leypsiq" komandasının qonağı olacaq.
“E” qrupunun ilk qarşılaşmasında isə Rusiyanın “Spartak” klubu doğma meydanda Slovniyanın “Maribor” komandası ilə 1-1 hesablı heç-heçə edib.




 
Bölməyə aid digər xəbərlər
26.09.2020
Gözəl Zutova növbəti döyüşünə çıxır
26.09.2020
Suares “Atletiko”da nömrə seçimini etdi
25.09.2020
“Barselona“ya qayıtmaq istəyirəm“
25.09.2020
“Sən “Barselona“dan qovulmağa layiq biri deyildin”
25.09.2020
“Legiya“ “Qarabağ“a belə rəqib oldu

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11604

1 BDU ölkədə təhsil islahatlarının həyata keçirilməsində önəmli rol oynayır
2 Osloda Nizami Gəncəvi adına həftəsonu məktəbi fəaliyyətə başlayıb
3 Astarada turizm kompleksi istifadəyə verildi, Lənkəranda yeni çay brendinin istehsalına başlanıldı
4 “Rusiyanın bu dəfə Qarabağ müharibəsinə reaksiyası fərqli olacaq”
5 Küftənin daqilmaması üçün 5 vacib sirr -VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info