Gənclər arasında tolerantlığın təbliği mövzusunda beynəlxalq konfrans keçirilib
Tarix: 22.11.2017 | Saat: 15:53:00 | E-mail | Çapa göndər


Bu gün Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə "Gənclər arasında tolerantlıq, humanizm və sülhsevərlik prinsiplərinin təbliğ edilməsi" mövzusunda beynəlxalq konfrans keçirilib. 
Gənclər və idman nazirinin müavini İntiqam Babayev tədbirdə MDB ölkələrindən qonaqların, gənclərin, tədqiqatçıların iştirak etdiyini bildirib. 
İ. Babayev Azərbaycanda müxtəlif xalq və etnik qrupların mehriban, tolerant şəraitdə yaşadıqlarını, multikulturalizmin Azərbaycanda dövlət siyasəti olduğunu nəzərə çatdırıb. Azərbaycanda gənclərə diqqətdən söz açan gənclər və idman nazirinin müavini ölkədə Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə gənclər təşkilatları tərəfindən çoxsaylı layihələr keçirildiyini qeyd edib.
 
Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev deyib ki, Gənclər Fondu gənclər təşkilatlarının, o cümlədən gənclərin fərdi təşəbbüslərini dəstəkləyir, layihələrini maliyyələşdirir. Gənclərin və gənclər təşkilatlarının etnik azlıqlar və multikulturalizmlə bağlı həyata keçirdiyi layihələrdən söz açan F. Hacıyev gələcəkdə də Gənclər Fondunun bu istiqamətdə təşəbbüsləri dəstəkləyəcəyini diqqətə çatdırıb.
 
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktor əvəzi Rəvan Həsənov isə bu gün multikulturalizm və tolerantlıq ideyalarının aktual olduğunu söyləyib. Tolerantlıq və multikulturalizmin tarixi mahiyyəti barədə məlumat verən R. Həsənov tolerantlıq və multikulturalizmin hər bir demokratik cəmiyyətin nail olmağa çalışdığı dəyər olduğunu vurğulayıb: "Multikulturalizm Azərbaycanda dövlət siyasəti, xalqımızın yaşam formasıdır. Bizə bəzən sual verirlər ki, Azərbaycanda necə olur ki, katoliklər, pravoslavlar, müsəlmanlar, yəhudilər bir-birinin evinə gedib-gəlir? Bu, tarixən formalaşmış bir ənənədir. Bəzi Qərb ölkələri hesab edir ki, multikulturalizm etnik qarşıdurmaya gətirib çıxara bilər. Ancaq multikulturalizmin alternativi yoxdur. Hazırda multikulturalizmin mövcud cəmiyyət modelinin ən yaxşısı olduğunu düşünürük. Bu gün Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi dünyanın 15 ölkəsində multikulturalizmi təbliğ edir. Qloballaşma müsbət anlayış olsa da, həssas tərəfləri var. Xalqların və mədəniyyətlərin assimilyasiya olunmaması lazımdır. Azərbaycan dövləti bir kəndin belə dilinin qorunmasına çalışır".
 
Konfrans Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyevin moderatorluğu ilə çıxışlarla davam edib.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək
19.09.2018
Lənkəranda keçirilən humanitar aksiyada 130 nəfər könüllü qan verib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info