Bakıda beynəlxalq konfrans keçiriləcək
Tarix: 22.11.2017 | Saat: 15:55:00 | E-mail | Çapa göndər


Noyabrın 28-30-da Bakı Expo Mərkəzində təşkil olunacaq Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya Sərgisi çərçivəsində “Daşınmaz əmlak, özəlləşdirmə və investisiyalar” mövzusunda beynəlxalq konfrans keçiriləcək.
Əmlak Məsələləri Dövlət Komitəsindən (ƏMDK) AZƏRTAC-a bildirilib ki, ƏMDK, “Elan Expo” və “Atılım Fuarcılık” şirkətlərinin birgə təşkilatçılığı ilə keçiriləcək sərginin açılış mərasimində, habelə konfransda komitə sədri Kərəm Həsənov, aidiyyəti xarici dövlət qurumlarının rəhbərləri, səfirliklərin və beynəlxalq şirkətlərin nümayəndələri iştirak edəcəklər.
Komitədən, həmçinin bildirilib ki, ötən il də uğurla təşkil olunan sərginin əsas məqsədi Azərbaycanda daşınmaz əmlak sektorunun imkanlarının nümayiş etdirilməsi, bu sahəyə marağın artırılması, həmçinin özəlləşdirilmə prosesində xarici və yerli investorların iştirakının daha da genişləndirilməsidir. Özəlləşdirilmiş müəssisələrə kapital axını ölkənin makroiqtisadi göstəricilərinin, məşğulluğun səviyyəsinin artımına, yeni iş yerlərinin yaradılmasına, ixrac potensialının yüksəlməsinə səbəb olacaq. Həmçinin bu, ölkəmizin beynəlxalq nüfuzunun artımına, dünya bazarlarına çıxış imkanlarının genişləndirilməsinə və daşınmaz əmlak bazarında iqtisadi yüksəlişə gətirib çıxaracaq. Bu mühüm və böyük tədbir həm yerli, həm də beynəlxalq müstəvidə tikinti sektoruna aid nəhəng şirkətləri, daşınmaz əmlak sahəsindəki brend layihələri, əmlak sektoru üzrə investorları Azərbaycanda professional bir məkanda toplayacaq.
Sərgidə 14 ölkədən – Azərbaycan, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Qətər, Birləşmiş Krallıq, Portuqaliya, Fransa, İspaniya, Polşa, İtaliya, Rusiya, Kipr, Andorra, Gürcüstan daxil olmaqla 70-ə yaxın şirkət iştirak edəcək. Sərgi iştirakçıları tərəfindən 140-dan çox layihə nümayiş olunacaq. Ötən il baş tutan sərgidə Türkiyə, BƏƏ, Macarıstan, Rusiya, İspaniya, Portuqaliya, Lüksemburq, Kipr, Gürcüstan, Ukrayna kimi ölkələrdən 30-a yaxın xarici şirkət iştirak edib.
İştirakçılar üçün maraqlı olacaq pavilyonlardan biri də Əmlak Məsələləri Dövlət Komitəsinin pavilyonudur. Burada sahibkarlar və ölkəyə investisiya yatırmaqda maraqlı olan sərmayəçilər üçün özəlləşdirilmə prosesi haqqında məlumatlar, komitənin fəaliyyət istiqamətləri üzrə vətəndaşlara təqdim edilən elektron xidmətlər və bütün respublika üzrə torpaqların effektiv idarə edilməsində mühüm əhəmiyyət daşıyan torpaqların elektron uçotuna dair işlər barədə məlumatlar nümayiş etdiriləcək. Ziyarətçilər komitənin göstərdiyi xidmətlər üzrə onları maraqlandıran istənilən suala operativ şəkildə cavab ala biləcəklər. Bunun üçün isə hüquqi yardım masası fəaliyyət göstərəcək.
Builki sərgidə özəlləşdirilməyə çıxarılan müəssisələrlə bağlı pavilyonların yaradılması kimi yeniliklər də nəzərdə tutulur. Özəlləşdirilməyə çıxarılan müəssisələrlə bağlı yaradılacaq pavilyonlarda həmin müəssisələrin maliyyə və iqtisadi göstəriciləri, istehsal etdikləri məhsul və xidmətlər, yerləşdiyi ünvan, fəaliyyət növü, gəlirgətirmə potensialı və sair digər bütün məlumatlar əks olunacaq. Potensial iştirakçılara özəlləşdirilməyə çıxarılan müəssisələr və özəlləşdirilmədə iştirak prosedurları barədə məlumat veriləcək.
Sərgi çərçivəsində müxtəlif yerli və xarici tikinti şirkətləri tərəfindən endirimlər nəzərdə tutulub. Bununla yanaşı, bir mənzil üzrə uduşlu lotereya keçiriləcək. Bu layihələrlə yanaşı, həmçinin dövlət sifarişi əsasında inşa edilən sosial mənzillər və Bakı şəhərinin müxtəlif rayonlarında həyata keçirilən pilot layihələrin də təqdimatı olacaq. Belə layihələrin bir platformada təqdimatı əmlak alıcılarına təklifləri və fürsətləri müqayisə etmək və sərfəli variantları seçmək imkanı da qazandırır.
Noyabrın 29-da keçiriləcək “Daşınmaz əmlak, özəlləşdirmə və investisiyalar” mövzusunda beynəlxalq konfransın məqsədi isə daşınmaz əmlak idarəçiliyi, o cümlədən ölkəmizdə daşınmaz əmlak bazarının formalaşdırılması sahəsində xarici ölkələrin aidiyyəti dövlət, qeyri-hökumət və özəl qurumları ilə əlaqələrin qurulmasıdır. Eyni zamanda, beynəlxalq təşkilatlarla qarşılıqlı əməkdaşlığın inkişafı, habelə bu sahələrdə birgə fəaliyyət imkanları və beynəlxalq təcrübə haqqında geniş müzakirələrin aparılması da əsas vəzifələrdəndir.
Konfransda Almaniya, Yunanıstan, Türkiyə, BƏƏ, Belarus, Birləşmiş Krallıq, Polşa, Macarıstan, Kipr, Portuqaliya, İspaniya və digər ölkələrdən, eləcə də xarici dövlətlərin Azərbaycan Respublikasında akkreditə olunmuş səfirliklərindən, beynəlxalq təşkilatlardan, yerli və xarici biznes qurumlarından, bələdiyyələr və mərkəzi icra hakimiyyəti orqanlarından 100-dən çox nümayəndənin iştirakı nəzərdə tutulur.
Qeyd edək ki, sərgiyə ziyarətçilərin daşınması üçün xüsusi avtobuslar ayrılıb. Avtobuslar sərgi keçirilən müddətdə səhər saat 10-dan etibarən hər saatdan bir metronun “Nəriman Nərimanov” stansiyasının yaxınlığından (“Mcdonalds”la üzbəüz) Bakı Expo Mərkəzinə və əks istiqamətdə sərnişinlərin pulsuz daşınmasını həyata keçirəcək.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
15.10.2019
Birinci vitse-prezident Mehriban Əliyeva görkəmli alim Vasim Məmmədəliyevin hüzr mərasimində iştirak edib
15.10.2019
Nazir müavini: “Müəllimlər şagirdlərin beynini lazımsız məzmunla doldurmağa çalışırlar”
15.10.2019
BŞBPİ: Razılaşdırılmamış aksiyaların qarşısı polis tərəfindən alınacaq
15.10.2019
Xüsusi nəzarətə götürülmüş 165 məktəbin 102-sində nəticələr yüksəlib
15.10.2019
BMU ilə Xarkov Milli Radioelektronika Universiteti arasında ikili diplom proqramı müzakirə olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10915

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Ankarada “Buta Bakı“
3 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
4 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
5 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info