“İrəli” İntellektual regional turnirlərə davam edir
Tarix: 14.11.2017 | Saat: 15:56:00 | E-mail | Çapa göndər


10-11 noyabr 2017-ci il tarixində “Azərbaycan İntellektual Birİncisi” layihəsinin İsmayıllı və Şəki regional turnirlərinin açılış mərasimi olub. Azərbaycan Respublikasının Dövlət Himni səslənib və daha sonra “İrəli” İctimai Birliyinin sədri MirHəsən Seyidov çıxış edib. Sədr nitqində dövlətin gənclərə göstərdiyi dəstəkdən, həmçinin gənclərin intellektual biliyinin artırılması üçün atılan addımlardan bəhs edib.
11.11.17 tarixində “Azərbaycan İntellektual Birİncisi” layihəsinin İsmayıllı, Ağsu, Qobustan şəhər və rayonlarının gənc intellektuallarının iştirakı ilə Dağlıq Şirvan üzrə regional turnir keçirilib.
İsmayıllı rayonunda keçirilən regional seçim turunda “Xəmsə”, “Nə? Harada? Nə zaman?”, “Axtar tap” intellektual oyunlarında İsmayıllı rayonu, “Vətəni tanı” intellektual oyununda Qobustan rayonunun gənc intellektualları qalib olublar.
12.11.17 tarixində “Azərbaycan İntellektual Birİncisi” layihəsinin Şəki, Balakən, Qax, Qəbələ, Oğuz, Zaqatala şəhər və rayonlarının gənc intellektuallarının iştirakı ilə Şəki-Zaqatala üzrə regional turnir keçirilib.
Şəki şəhərində keçirilən regional seçim turunda “Axtar tap”, “Vətəni tanı” intellektual oyunlarında Balakən , “Xəmsə” intellektual oyununda Qax, “Nə? Harada? Nə zaman?” intellektual oyununda Şəki şəhərinin gənc intellektualları qalib olublar.
Gənclərin intellektual fəaliyyətə cəlb olunması, onların bu sahədə bilik və bacarıqlarının artırılması, mövcud intellektual bazaların genişləndirilməsi və beynəlxalq intellektual yarışlara rəqabətədavamlı gənclərin hazırlanması layihənin əsas hədəflərindəndir.
Qalib gələn komandalar Bakı şəhərində keçiriləcək final mərhələsinə vəsiqə qazanıblar.
Birliyin mətbuat xidmətindən verilən məlumata əsasən “Azərbaycan İntellektual Birİncisi” layihəsi artıq ikinci ildir ki, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi və "İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilir.
Gənclərin maarifləndirilməsinə istiqamətlənən və 11 regionda 4 intellektual oyun ("Xəmsə", "Nə? Harada? Nə zaman?", "Axtar tap", "Vətəni Tanı") üzrə baş tutacaq "Azərbaycanın İntellektual BİRincisi" layihəsi çərçivəsində 62 rayon, Naxçıvan Muxtar Respublikası da daxil olmaqla 70 rayondan 1400 nəfər gəncin iştirakı gözlənilir. Hər rayon 18 nəfərlik komanda ilə çıxış edəcək. Layihə zamanı regional turnirlər Sumqayıt, Quba, Tərtər, İsmayıllı, Şəki, Mingəçevir, Sabirabad, Şəki, Lənkəran rayon və şəhərlərində inşa olunmuş Gənclər Evi və Gənclər Mərkəzində keçirilir.
“Azərbaycanın İntellektual Birİncisi” layihəsinin final mərhələsi Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunub və Bakıda keçirilməsi planlaşdırılır.




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info