Uşak Universitetində Molla Pənah Vaqifin 300 illik yubileyi qeyd olunub
Tarix: 22.11.2017 | Saat: 16:49:00 | E-mail | Çapa göndər


Türkiyənin Uşak Universitetində, Universitetin azərbaycanlı tələbələrinin, Uniaktif tələbələr klubunun və Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı TÜRKSOY-un təşkilatçılığı və İNDEX-Azərbaycan insan kapitalı və inkişaf mərkəzinin maliyyə dəstəyi ilə dahi Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyi qeyd olunub. Tədbirə Uşak Universitetinin rektoru professor Sayın Dalkıran, rektor köməkçisi professor Saim Savaş, Beynəlxaql türk mədəniyyəti təşkilatı TÜRKSOY-un Azərbaycan nümayəndəsi Elçin Qafarlı, Aşıq Səlahəddin Dündar, yazıçı-tədqiqatçı Songül Dündar qatılıblar.
Tədbirin əsas təşkilatçılarından Uşak Universitetinin azərbaycanlı tələbəsi Ramin Seyidov tədbiri açıq elan edərək hamını salamlayıb və tədbirin önəmindən bəhs edib. Sonra Uniaktif tələbə klubunun sədri Fərid Dəliqan, TÜRKSOY-un Azərbaycan nümayəndəsi Elçin Qafarlı, Uşak Universitetinin rektoru professor Sayın Dalkıran, tədqiqatçı-yazıçı Songül Dündar çıxış ediblər.
Uşak Universitetinin rektoru professor Sayın Dalkıran çıxışında Molla Pənah Vaqifin böyüklüyündən və Azərbaycan-Türkiyə qardaşlığından bəhs edib. Beynəlxalq Türk Mədəniyyəti təşkilatı TÜRKSOY-un Azərbaycan numayəndəsi Elçin Qafarlı TÜRKSOY-un baş katibi professor Dusein Kaseinov adından çıxış edərək tədbir iştirakçılarını salamlayıb. Sonra 2017-ci ilin TÜRKSOY tərəfindən Molla Pənah Vaqif ili elan olunmasından və bu münasibətlə bütün türk dünyasında Molla Pənah Vaqif haqqında tədbirlərin keçirilməsindən bəhs edib. Əlavə olaraq akademik, millət vəkili Nizami Cəfərovun “Molla Pənah Vaqif” kitabını və Azərbaycan Milli Kitabxanasının “Molla Pənah Vaqif” biblioqrafiyasının təqdimatlarını edib. Daha sonra tədqiqatçı-yazçıçı Songül Dündar xanım kürsüyə çıxaraq Molla Pənah Vaqifin həyat yaradıcılığndan danışıb.
Tədbirin əsas təşkilatçılarından olan Uşak Universitetinin tələbələri Orxan Həsənli, Rüstəm Rüstəmov, Nigar Axundova, Əfsanə Yusibova, Günel Məmmədova, Orxan Əkbərli tədbir iştirakçılarına Molla Pənah Vaqifin böyük Azərbaycan şairi, dövlət adamı olduğundan bəhs edərək Molla Pənah Vaqifi tanıdıblar. Sonra isə Yeni Türkiyə klubunun sədri Bilal Türkcan və klubun sədr müavini Ömər Doğru Molla Pənah Vaqifin şeirlərini səsləndiriblər.
Tədbirin sonunda Aşıq Səlahəddin Dündar isə Molla Pənah Vaqifin şeirlərini sazla ifa edərək tədbir iştirakçılarını şənləndirib və hər kəsə təşəkkür edib.
TÜRKSOY-un Azərbaycan nümayəndəsi Elçin Qafarlı universitet rektoruna təmsil etdiyi təşkilat tərəfindən hədiyyələr və Molla Pənah Vaqif haqqında kitablar təqdim edərək tədbiri sonlandırıb.

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
20.07.2019
Universiadada ən yüksək nəticə göstərən idmançılar mükafatlandırılıb
20.07.2019
Artıq sarı zolaqlar qüvvədə - Bu yollarda diqqətli olun!
20.07.2019
Gürcüstan hökuməti Azərbaycan şirkətləri ilə əməkdaşlığa hazırlaşır
19.07.2019
Şəki və Oğuzda tikmə sənətinə maraq göstərən xanımlara ustad dərsləri verilib
19.07.2019
Jurnalistlər üçün Apifioterapiya mərkəzində pulsuz müayinə

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
3 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
4 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
5 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info