“Münaqişənin həlli üçün potensial hələ tükənməyib”
Tarix: 15.05.2013 | Saat: 23:13:00 | E-mail | Çapa göndər


Xarici işlər naziri Elmar Məmmədyarov ATƏT Daimi Şurasının Vyanada keçirilən iclasında çıxış edib. Nazir çıxışında hazırkı Helsinki +40 prosesini ATƏT-in möhkəmlənməsi üçün istifadə etməyə çağırıb. O, həmçinin təşkilata üzv ölkələri ATƏT məkanındakı dondurulmuş münaqişələrin daha geniş müzakirəsini təşkil etməyə çağırıb: “Azərbaycan hesab edir ki, Ermənistan-Azərbaycan münaqişəsinin həlli üçün potensial hələ tükənməyib”. ATƏT-in Minsk qrupunun formatının “canlanmasının” vacibliyini vurğulayan Elmar Məmmədyarov üzv ölkələrini “danışıqlar xətrinə danışıq” aparmağa yox, daha konkret müzakirələr təşkil etməyə çağırıb. Elmar Məmmədyarov bəyan edib ki, Azərbaycan ATƏT qarşısındakı öhdəliklərinə sadiq qalaraq, təşkilatın monitorinq qrupunu ölkədə keçiriləcək prezident seçkilərinə dəvət etmək niyyətindədir. Azərbaycan XİN rəhbəri ölkənin ATƏT-in Bakı ofisinin statusuna yenidən baxmaq niyyətində olduğunu təkrar bəyan edərək, qeyd edib ki, ofisin işi layihələrin əlaqələndirilməsindən ibarət ola bilər.




 
Bölməyə aid digər xəbərlər
20.08.2019
Saakaşvili: “Qarabağ Azərbaycandır, bütün dünya bu fikirdədir”
20.08.2019
Ordumuzda olan, 3000 metr məsafədə helikopteri məhv edən “İqla S“ raket kompleksi
19.08.2019
“Ulduzu barışmayan” AXCP-ReAl
19.08.2019
Gürcüstanla Dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə dövlət komissiyalarının ekspertlərinin işçi görüşü olub
19.08.2019
Koreyada “Azərbaycan dərsi” keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10867

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
5 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info