“Müasir elm - gənclərin baxışı ilə”
Tarix: 22.11.2017 | Saat: 19:04:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyəti, Gənc Alim və Mütəxəssislər Şurası (GAMŞ) və Azad Həmkarlar İttifaqının (AHİ) birgə təşkilatçılığı ilə “Müasir elm - gənclərin baxışı ilə” adlı elmi - praktik konfrans keçirilib. Konfransda çıxış edən AMEA-nın vitse - prezidenti, akademik İsa Həbibbəyli Azərbaycan elmində gənclərin çəkisinin artdığını bildirib. Akademik bildirib ki, ölkəmizdə və təmsil etdiyi qurumda həyata keçirilən uğurlu gənclər siyasətindən söz açıb, müstəqilliyimizin və dövlətçiliyimizin daha da möhkəmləndirilməsində gənclərin rolundan, onların elmə cəlb edilməsində görülən işlərdən danışıb. Akademik bu gün Azərbaycan elminin sürətlə inkişaf etdiyini, bu sahədə ciddi islahatların aparıldığını, qabaqcıl texnologiyaların tətbiq olunduğunu söyləyib. Müasir dövrdə Azərbaycan elminin qloballaşan dünyanın elm sisteminin ayrılmaz tərkib hissəsinə çevrildiyi vurğulanıb. İ. Həbibbəylinin sözlərinə görə, Akademiyada ana dilinin, dövlət dilinin daha dərindən öyrənilməsi istiqamətində mühüm addımlar atılır: “Bir neçə dildə səlis danışan gənc nəsil Azərbaycan ədəbi dilində yazmağı və danışmağı daha da təkmilləşdirməlidir”. 
Bildirilib ki, konfransın təşkilinin məqsədi istedadlı gənclərin elmə cəlb olunmaları, onların karyera yüksəlişində problemlərinin həlli yollarının, eləcə də prioritet istiqamətlər üzrə inkişaf perspektivlərinin müəyyənləşdirilməsi və faydalı müzakirələrin aparılmasıdır.
Çıxış edənlər AMEA-da gənclər siyasətinin uğurla həyata keçirildiyini, 2017-ci ilin akademiya üçün səmərəli və məhsuldar il olduğunu söyləyib, gənc alim və mütəxəssislərin yaradıcı fəaliyyətinin stimullaşdırılması və onların xarici ölkələrin elmi mərkəzlərinə ezam edilmələri istiqamətində mühüm addımların atıldığını diqqətə çatdırıblar.
AMEA-nın vitse-prezidenti, akademik Dilqəm Tağıyev qeyd edib ki, dekabrın 15-də Azərbaycanda ilk dəfə “Azərbaycan gənc alimlərinin I Qurultayı” keçiriləcək: “Bu konfrans bir növ həmin qurultaya hazırlıq xarakteri daşıyır. Konfransda gənclərlə bağlı elmi təşkilatların birgə fəaliyyəti və koordinasiya problemləri müzakirə olunacaq”. D. Tağıyev AMEA tərəfindən gənclərin elmə həvəsləndirilməsi üçün müxtəlif tədbirlərin həyata keçirildiyini vurğulayıb.
Konfransda AMEA Rəyasət Heyəti aparatının Elm və Təhsil İdarəsinin rəisi. AMEA-nın müxbir üzvü Əminağa Sadıqov, AHİ-nin sədri Habil Qurbanov, GAMŞ-ın sədri Famil Salmanov çıxış ediblər.
Konfrans panellərlə davam etdirilib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur
16.11.2018
“Azərbaycanda hakimlərin sayı azdır”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10488

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Monteneqroda Azərbaycanla bağlı sayt fəaliyyətə başlayıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info